Icma.az
close
up
RU
Yeni araşdırma: Kiçik yeriş dəyişiklikləri diz osteoartritini yavaşlada bilər

Yeni araşdırma: Kiçik yeriş dəyişiklikləri diz osteoartritini yavaşlada bilər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 avqust, AZƏRTAC

“The Lancet Rheumatology” jurnalında dərc olunan yeni araşdırma göstərir ki, yerimə zamanı ayaq bucağını azacıq dəyişmək, dizin daxili hissəsindəki yükü azaldaraq osteoartritin (OA) irəliləməsini ləngidə və ağrını azalda bilər.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, NYU Langone Health, Utah Universiteti və Stanford Universitetindən tədqiqatçılar yüngül və orta dərəcəli diz osteoartriti olan 68 xəstəni iki qrupa bölüblər. Birinci qrup xüsusi laboratoriya ölçmələri əsasında, ayaqlarını 5-10 dərəcə içəri və ya xaricə çevirərək yeriməyə öyrədilib. İkinci qrup isə təbii yerişini davam etdirib. Bir il sonra MRT nəticələri və ağrı qiymətləndirmələri göstərib ki, ayaq bucağını tənzimləyənlərdə qığırdaq zədələnməsi daha yavaş irəliləyib. Bu qrupda ağrı səviyyəsi orta hesabla 2,5 bal azalıb (reseptsiz ağrıkəsicilərin təsirinə bənzər). Onlarda dizdəki maksimum yük 4 faiz azalıb, kontrol qrupunda isə >3 faiz artıb.

Araşdırmanın müəlliflərindən Valentina Mazzoli vurğulayıb ki, fərdiləşdirilmiş yeriş texnikası qeyri-invaziv, ucuz və dərmansız bir yanaşma olaraq diz protezi əməliyyatlarını gecikdirə bilər. O, həmçinin süni intellekt texnologiyalarının klinikalarda yeriş təhlilini daha əlçatan edə biləcəyini bildirib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, hər 7 amerikalıdan biri dizin daxili hissəsində osteoartritdən əziyyət çəkir. Mövcud müalicələr əsasən simptomları idarə etməyə yönəlib, xəstəliyin inkişafını dayandırmır. Tədqiqatçılar növbəti mərhələdə bu metodun obez xəstələrdə təsirini öyrənməyi və süni intellekt əsaslı yeriş təhlil sistemlərinin istifadəsini genişləndirməyi planlaşdırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri