Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq arenada yeni geosiyasi reallıqlar yaradıb

Azərbaycan beynəlxalq arenada yeni geosiyasi reallıqlar yaradıb

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarixin yaddaşına qızıl hərflərlə həkk olunmuş günlər var. O günlər ki, bir millətin həm ağrı-acısını, həm də yenilməz iradəsini özündə birləşdirir. 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, Azərbaycan xalqı tərəfindən təntənə ilə qeyd olunur. Cənab Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün təkcə işğaldan azad edilən torpaqların sevincini deyil, həm də 30 illik mübarizənin, minlərlə qəhrəman oğul və qızımızın canı və qanı bahasına qazanılmış milli qürurumuzu ifadə edir. Azərbaycanın haqq səsi, ədalətli mövqeyi bütün beynəlxalq müstəvilərdə illərlə səsləndirildi. Xalqımız heç vaxt işğalla barışmadı, “Böyük Qayıdış” ideyasını daim ürəyində yaşatdı. O gün gəldi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, rəşadətli ordumuzun gücü ilə Ermənistanın və separatçı silahlı dəstələrin tör-töküntüləri birdəfəlik torpaqlarımızdan qovuldu. Azərbaycan dövləti tarixində yeni səhifə açıldı.Cənab Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımızı qaldıraraq tarixi bir anı əbədiləşdirdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Mən şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” Bu sözlər sadəcə bir siyasi bəyanat deyil, xalqın əsrlərlə çəkdiyi həsrətin, gözləntisinin, inamının gerçəkliyə çevrilməsi idi. 2023-cü ilin 8 noyabrında Xankəndində keçirilən möhtəşəm hərbi parad Azərbaycan dövlətinin qüdrətini, xalqın birliyini bütün dünyaya nümayiş etdirdi. Qarabağın tacı olan Şuşanın azad edilməsindən sonra düşmənin təslim olması ilə başa çatan Vətən müharibəsi və onun davamı olan lokal antiterror tədbirləri əslində milli dövlətçilik tariximizin ən böyük qələbələrindən biri kimi əbədi qalacaq. Cənab Prezidentin sözləri ilə desək: “Bu, tarixi hadisədir. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə torpaqlarımız işğaldan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə yaxınlaşdırırdıq.” İndi azad olunmuş torpaqlar dirçəlişin, inkişafın məkanıdır. Qarabağ Universitetinin yaradılması, Ağdərə rayonunun təşkil edilməsi, idman və mədəniyyətin yeni nəfəs alması – bunların hər biri dövlətimizin strateji baxışının təzahürüdür. Qarabağda yeni həyat başlayıb. Xankəndində “Qarabağ” komandasının futbol oyununun keçirilməsi, mehmanxanaların, məktəblərin, uşaq bağçalarının açılışı, beynəlxalq tədbirlərin təşkili bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz hissəsi kimi inkişaf edir.

Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərləri sadəcə protokol hadisəsi deyil, hər dəfə milli qürurumuzun təntənəsi olur. Dövlət Bayrağının ucaldılması, Novruz tonqalının alovlandırılması, Qarabağ Universitetinin, körpələr evinin, yeni yaşayış məhəllələrinin, mədəniyyət ocaqlarının açılışı – bütün bunlar göstərir ki, dövlət başçısı azad edilmiş torpaqları həyatın, mədəniyyətin, elm və təhsilin, diplomatiyanın mərkəzinə çevirir. Xankəndində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü, Qarabağ Universitetində açılış mərasimləri, Şuşa Qlobal Media Forumunun Qarabağın azad ruhunda baş tutması Azərbaycanın regiondakı lider mövqeyini daha da möhkəmləndirdi. Xocalının azad olunması, soyqırımı qurbanlarının xatirəsinə ucaldılan memorial, ilk sakinlərin doğma yurda qayıdışı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Ağdərənin kəndlərində, Hadrutda, Tuğda, Qırmızı Bazarda salınan yeni yaşayış məhəllələri isə gələcəyin etibarlı təməlidir. Bəli, bu gün Azərbaycan xalqı təkcə qələbəni deyil, həm də quruculuğun, yenidən dirçəlişin sevincini yaşayır. 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü artıq hər il dövlətçilik tariximizin əbədi səhifəsi kimi qürurla qeyd ediləcək. Çünki bu gün sadəcə bir tarix deyil, millətin bütövlüyünün, iradəsinin, gücünün, Müzəffər Ali Baş Komandanın və xalqın birliyinin simvoludur.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri