Icma.az
close
up
RU
Yeni avtobuslar istifadəyə verildi (FOTO)

Yeni avtobuslar istifadəyə verildi (FOTO)

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"BakuBus” MMC bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində yeni 1 nömrəli sərnişin avtobus marşrut xəttini istifadəyə verib.

BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, Fransa istehsalı olan "Iveco” avtobusları 1 saylı xətt üzrə "28 May” metro stansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçməklə "Koroğlu” metrostansiyası istiqamətində hərəkət edəcək.

Ümumi uzunluğu 17,7 km. olan marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 14 avtobus fəaliyyət göstərəcək. Avtobusların hərəkət cədvəli saat 06:00-dan 23:00-a qədərdir.

"BakuBus” MMC-nin direktor müavini Vüsal Kərimli jurnalistlərə bildirib ki, daha sonra əhalinin sıxlığına uyğun olaraq avtobusların sayı artıb və ya azala bilər:

"Avtobuslar Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi dayanacaqlarda duracaq, kənar dayanacaqlarda dayanmaq qəti qadağandır. Sərnişinlərdən də xahiş olunur ki, avtobusları ancaq dayanacaqlarda gözləsinlər”.

Onun sözlərinə görə, sürücülərin iş qrafiki Əmək Məcəlləsinə uyğun olaraq həyata keçiriləcək. "BakuBus”MMC-də işləyən sürücülər aylıq 600-700 manat əmək haqqı alacaqlar. İşin qrafikindən asılı olaraq, məsələn, bəzən həftənin şənbə günləri sürücüyə ehtiyac olarsa, Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənərək, əmək haqqına əlavələr olacaq: "Hər gün 8 saat ərzində 2-3 sürücü dəyişəcək. Avtobuslar arasındakı interval əhalinin sıxlığından asılı olaraq, bazar günləri 5-10 dəqiqə, iş günləri isə 3 dəqiqə olacaq”.

Qeyd edək ki, şirkət ilkin olaraq 14 xətt üzrə çıxmağı nəzərdə tutur. Əvvəlcə 8 marşrut xəttinin buraxılması gözlənilir. 15 gün sonra isə digər xəttin buraxılması planlaşdırılır. Verilən xətlərin digər xətlərlə eyni olması şərt deyil, yəni 1 nömrəli marşrutun əvvəlki xətt üzrə işləməsi şərt deyil. "BakuBus”ın yeni marşrut pasportu var və bunun əsasında işləyəcək.

V. Kərimli əlavə edib ki, Fransanın "SYSYRA” şirkəti "BakuBus”a məsləhət xidməti göstərir və aydın olub ki, ilkin olaraq 14 marşrut xətti üzrə Bakının mərkəzini əhatə edirik.

"BakuBus”ın 302 avtobusu var, ilkin mərhələdə 8 marşrut xətti üzrə fəaliyyətə başlayacaq, digər 6 marşrut xətti üçün Nəqliyyat Nazirliyi ilə danışıqlar aparılacaq.

V. Kərimli gediş haqqı ilə bağlı heç bir dəyişiklik gözlənilmədiyini deyib: "Gediş haqqı 20 qəpik təşkil edir, bu, ancaq Tarif Şurasının qərarı əsasında dəyişə bilər. Yaxın gələcəkdə isə bu gözlənilmir”. 

"Crealis” avtobuslarında dayanacaqlar səsli şəkildə səsləndirilir və GPS xidməti ilə təhciz olunub.

"BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız "BakıKart” vahid ödəniş kartları ilə həyata keçirilir. "BakıKart” vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni "BakıKart” terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər "BakıKart” loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ "BakıKart” ödəniş kartları – məhdud istifadə üçün kağız "BakıKartları" və daimi istifadə üçün plastik "BakıKartları” mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik kartların qiyməti isə 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər.

Qeyd edək ki, "BakuBus” MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib, kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli; avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır.

BAKU.WS

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Noyabr 2025 03:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see219

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri