Yeni Azərbaycan Partiyası hər zaman xalqın yanındadır!
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qax rayonu, Zəyəm-Tasmalı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev ötən müddət ərzində Azərbaycanın dinamik inkişaf yolu keçdiyini, böyük uğurlar və misilsiz qələbələr qazandığını deyib: “Digər sahələrdə olduğu kimi, yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində də mühüm addımlar atılmış, o cümlədən zəruri qanunvericilik bazası formalaşdırılmış, bələdiyyələrin statusu, bələdiyyə qulluğunun təşkili, maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunmuşdur”.
Seçki qərargahının üzvü Ramil Məmmədli və bələdiyyə üzvlüyünə namizəd Niyaz Həsənov Azərbaycanda bütün sahələrdə aparılan islahatların müsbət nəticələr verdiyini bildiriblər. “Yerli özünüidarəetmənin təkmilləşdirilməsi və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar qarşıda mühüm vəzifələr durur”, - deyə vurğulanıb. Onlar YAP-ın seçki proqramında bu sahə ilə əlaqədar əsas hədəfləri diqqətə çatdırıblar. Yeni Azərbaycan Partiyasının hər zaman xalqın yanında olduğu qeyd edilib.
Çıxış edən seçicilər Tural Hacıməmmədov və Hüseyn Abdullayev YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 10 Yanvar 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















