Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır ŞƏRH

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İctimai-siyasi və tarixi zərurətdən yaranan Yeni Azərbacyan Partiyası ötən 33 ildə dövlət müstəqilliyimizin möhkəmləndirilməsində inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırlımasında böyük xidmətlər göstərib. Ümumxalq partiyasına çevrilən Yeni Azərbacyan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirən avangard siyasi qüvvədir. Mövcud olan ayrı-ayrı siyasi partiyalar ölkənin milli maraqlarını, təhlükəsizliyini qorumaq əvəzinə hakimiyyət

uğrunda mübarizə aparırdılar. Buna görə də, ölkə daxilində hərc-mərclik, xaos, ciddi
böhran yaranmışdır. Ölkəmizi düşdüyü bu bəladan, məhv olmaq təhlükəsindən xilas
etmək üçün Azərbaycan xalqının görkəmli ziyalıları, tanınmış insanlar Ümumilli Lider
Heydər Əliyevə müraciət etdilər. Zəngin dövlətçilik təcrübəsinə malik olan, öz xalqına, dövlətinə dərindən bağlı olan Ümummilli Liderimiz Heydər Əliyev belə partiyanın yaradılmasına ehtiyac olduğunu görürdü. Ona görə də, tanınmış 91 nəfər ziyalı Ümummilli Liderimizə 1992-ci il 16 oktyabr tarixində müraciət etdi: “Sizdən xahiş edirik ki, yaranan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycanın bütün bölgələrindən bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq Lider Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar. Respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Son söz olaraq bildirilirdi ki, Azərbaycan Sizin sözünüzü gözləyir”. Ulu Öndər Heydər Əliyev cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Bu barədə də Ulu Öndər Heydər Əliyev Respublika Sarayında keçirilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 5-ci il dönümü münasibətilə keçirilən təntənəli yığınacaqdakı nitqində belə demişdir: “91-lər”in mənə müraciətindən əvvəl ondan bir xeyli vaxt Sirus Təbrizli böyük bir məqalə dərc etmişdir ki, biz Heydər Əliyevi Azərbaycana, Bakıya özümüz dəvət etməliyik. Mən o məqaləni də oxudum, onu çox hörmətlə qarşıladım, qəbul etdim. Ancaq o məqalə də mənim fikrimi dəyişmədi. Nəhayət, Azərbaycanda vəziyyətin get-gedə ağırlaşdığını, çətinləşdiyini görərkən və bu partiyanın yaranması ilə əlaqədar mənə müraciət edən ziyalıların, respublikanın tanınmış adamlarının – ölkəmiz, xalqımız, torpğımız üçün ürəyi həqiqətən yanan adamların iztirabını duyarkən, onların xalqımız, ölkəmiz üçün bir iş görmək arzusunu hiss edərkən mən tədricən belə bir partiyanın yaranmasına kömək etməyə razılığımı verdim. Sonra mənə “91-lər”in müraciəti gəldi və mənim müraciətə cavabım oldu”.

Beləliklə, AXC-Müsavat cütlüyünün yaratdıqları təzyiqlərə baxmayaraq, 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar respubliaksında 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. Çoxlu sayda təyziqlərə baxmayaraq, qısa müddətdə insanlar Yeni Azərbaycan Pariyasına üzv olmağa başladılar. Ulu Öndər demişdir: “Bu partiyaya hər kəs öz könülü, vicdanı, qəlbi ilə gəlməlidir. Hamı bilsin ki, bu partiya saflıq, saf mənəviyyat üzrəində qurulmuş bir partiyadır. Bu partiya Azərbaycanın tarixi köklərinə, milli mənəvi dəyərlərinə söykənən, ümumbəşəri dəyərlərdən bəhrələnən ümumxalq partiyasıdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır. Yeni Azərbaycan Partiyası daim yaşayacaq və Azərbaycan vətəndaşlarının istək və arzularını əks etdirən böyük bir təşkilat olacaqdır”

Müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası iqtidara gəldikdən sonra digər siyasi partiyalara qanunlar əsasında fəaliyyət göstərməyə əlverişli şərait yaratdı.

Ömrünü öz xalqına və dövlətinə xidmətə həsr edən Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi partiyamıza olan inam və dəstəyi artırdı. Qısa müddətdə ümumxalq partiyasına çevrilərək müstəqil Azərbaycanın inkişafını təmin etdi.

Ulu Öndər vaxtilə demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq!”

Həqiqətətn də bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada bir Günəş kimi parlayır.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında demişdir:

“...Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir. Partiyamızın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Partiyamızın sıraları genişlənir və çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar: Gənclərin axını partiyamızın gələcək inkişafı üçün də əsas şərtlərdən biridir”

Möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası tamamilə yeni keyfiyyət mərhələsində inkişafını davam etdirir. Üzvlərinin əksəriyyəti gənclərdən ibarət olan Yeni Azərbaycan Partiyası nəinki Cənubi Qafqazın, eləcə də yaxın coğrafiyanın ən güclü, mütəşəkkil, yüksək intellektual potensiala malik olan siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası nəinki qələbələr qazanan, eyni zamanda bu qələbələri uzun müddət qoruyub saxlamağı bacaran nadir partiyalardandır. Bu qələbələrin əsasında isə hər şeydən öncə azərbaycançılıq, vətənsevərlik, varislik, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalət dayanır. Yeni Azərbaycan Partiyası liderimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da möhtəşəm zəfərlərə imza atmağa davam edəcəkdir. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir.

Ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunmasına, inkişafına, torpaqlarımızın azad olunaraq yeni infrastrukturların yaradılmasında, Qarabağımızın inkişafında Yeni Azərbacyan Partiyasının misilsiz xidmətləri, böyük rolu var. Belə ki, Ulu Öndər Heydər Əliyev xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib tərəqqi yoluna çıxartdığı Azərbaycan hazırda Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən, yeniləşən, müasirləşən ölkəyə çevrilib. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan “Dəmir Yumruq” əməliyyatı nəticəsində 33 il işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Qarşıda bizi daha böyük hədəflər gözləyir. Bu hədəflərə çatmaq üçün Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev ideyalarının gələcək nəsillərə ötürməkdir. Heydər Əliyev siyasəti uğurlu və xoşbəxt gələcəyimizin əsas təminatçısıdır.

Ulu Öndər Heydər Əliyev ideyalarını əsas götürərək Yeni Azərbacyan Partiyasının sədri cənab İlham Əliyev yürütdüyü müstəqil siyasəti ilə ölkəmizi daha da işıqlı gələcəyə aparır.

Sultanəli Qurbanov

Səbail rayonu, YAP “Ü.Hacıbəyov-68” ƏPT sədri,

ADPU-nun dosenti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Noyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri