Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Yeni Azərbaycan Partiyası şərəfli bir yol qət etmişdir

Yeni Azərbaycan Partiyası şərəfli bir yol qət etmişdir

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Cənab İlham Əliyev Yeni Azərbaycan

Partiyasının ideallarının müzəffər davamçısıdır

Siyasi partiyalar ictimaiyyətlə hökumət arasında vasitəçi kimi fəaliyyət göstərməklə yanaşı, siyasi sistemdə bir çox digər vacib rollar oynayır. Funksional olaraq, partiyalar ictimai rəyi və marağı təşkil edən, ictimai tələbləri hökumətə çatdırmağa, siyasi liderliyi təklif etməyə çalışan və tez-tez sosial, iqtisadi, mədəni və siyasi inkişaf baxımından nəyin arzuolunan olduğunu ardıcıllarına ötürməyə çalışan orqanlar kimi müəyyən edilir. Müasir dövrdə siyasi partiyaların meydana çıxması siyasi sistemin ictimai dəstək və seçkilər olmadan siyasi gücün ictimaiyyətə zorla qəbul etdirilə bilməyəcəyi kimi yeni bir mürəkkəb mərhələyə qədəm qoyduğunu göstərir.
Siyasi partiyalar demokratiyanın vacib komponentidir. Bu məqamda qeyd etməliyik ki, yeni yaranan və ya qurulmuş siyasi nizamı təşkil edən bütün mütəşəkkil siyasi qruplar da "siyasi partiyalar" adlandırıla bilməz. Yeni-yeni təsisatlar, institutlar da meydana çıxır. Məsələn, bəziləri həmkarlar ittifaqı fəallarının qrupları, bəziləri isə siyasi sistemin və ya hökumətin nasazlığının təhlili ilə məşğul olan vətəndaşların, ziyalıların və ya alimlərin forumları ola bilər.
Siyasi partiyalar ideoloji cəhətdən milli maraqları təşviq etmək baxımdan ortaq siyasi ideyalar əsasında birləşən birlik kimi təyin edilir. Bəziləri bunu iyerarxik şəbəkəyə malik siyasi təşkilat kimi görür və bu təşkilat namizədlərini qanunverici orqanda dövlət xadimi kimi seçməyə çalışır.
Müasir dövrdə siyasi partiya ətrafında artan diskussiyalar siyasi sistemin yeni mürəkkəb mərhələyə qədəm qoyduğunu göstərir. Bu mərhələdə daha da aydın dərk edilir ki, siyasi hakimiyyət artıq ictimai dəstək və seçkilər olmadan ictimaiyyət üzərində həyata keçirilə bilməz. Bir çox hallarda suverenlik xalqa məxsusdur. Xalq suverenliyi müasir siyasi inkişafın əsas göstəricilərindən biridir.
Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası da ümumxalq partiyasıdır. Ona görə ki, məhz xalqın təkidli tələbi ilə hakimiyyətə çağırılan Heydər Əliyev sadəcə öz siyasi həmfikirlərini deyil, bütün xalqı mütəşəkkil qaydada ətrafında formalaşdırmağı bacardı. Heydər Əliyevə müraciət edən “91-lər” idi, lakin onların müraciəti kimi daxil olmuş sənəd əslində, bütün Azərbaycan xalqının istəklərinin ifadəsi idi. 21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının Naxçıvanda keçirilməsinə baxmayaraq bu böyük hadisə ölkəmizin bütün regionlarını təmsil etdi. İlk konfrans 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. YAP müxalifət partiyası kimi yaransa da, onun yaranması demokratik siyasi mədəniyyətin inkişafında yeni səhifənin açılmasına xidmət etdi. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan bu Partiya ilkin ideallara, görkəmli tarixi şəxsiyyət Heydər Əliyev dühasının siyasi mirasına bu gün də sadiqdir. Etimada sədaqətlə xidmət edən cənab İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edərək Yeni Azərbaycan Partiyasının ideallarının müzəffər davamçısıdır.
Partiya keçən dövr müddətində Azərbaycanda siyasi sabitliyin, inkişafın əsas daşıyıcısı, hərəkətverici qüvvəsi kimi çıxış etmişdir. Bu ali məqsədləri özünə prioritet hesab edən Yeni Azərbaycan Partiyası çətin dövrdən keçərək bu günə qədər şərəfli bir yol qət etmişdir. Yeni Azərbaycan Partiyası elə bir dövrdə meydana gəldi ki, Azərbaycan çox çətin sınaqlarla üz-üzə idi. Bir tərəfdə qalmaqla-məhv olmaq arasında üzülməyə doğru gedən incə ipin üzərində dayanan dövlətçiliyimiz, digər yanda isə hakimiyyət hərisliyinin əlində əsir qalan xalq. Belə bir zamanda Azərbaycan ziyalıları təşəbbüskarlıq nümayiş etdirərək ölkəni burulğandan xilas edəcək yeganə insanın, peşəkar siyasətçi Heydər Əliyev şəxsiyyətinin ətrafında birləşmək üçün xalqa çağırış etdilər. Xalq əmin idi ki, Azərbaycanın taleyini düşünən xətt məhz bu xətt idi. Bəli, YAP, həqiqətən də dünənin, bu günün, gələcəyin partiyasıdır. Bunu məhz Azərbaycan xalqı 44 günlük Vətən savaşında bir daha sübut etdi. Xalqımız sübut etdi ki, seçimində yanılmayıb. Obrazlı şəkildə yanaşsaq, dünən işğal olunan Qarabağı görməyən Azərbaycan gəncliyi bu yolda öz canından keçərək bu günün reallığını yaratmaqla gələcək nəsillərə daha güclü Azərbaycan təqdim etdilər.
YAP dərhal elə bir yanaşma ortaya qoydu ki, bölünmək yolunda son dərəcə ağır sınaqla üz-üzə qalan Azərbaycan bütün fərqləndirici göstəricilərdən kənar, əslində isə üstün tutularaq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirməyi bacardı. Cənab Prezident İlham Əliyev YAP-ın 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayında çıxış edərkən bildirdi ki, “YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır. Hazırda YAP-ın 730.354 üzvü var. Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” Bu gün Yeni Azərbaycan Partiyasının sahib olduğu nüfuzun göstəricisidir ki, Partiya ətrafında mütərəqqi fikirli gənclər toplaşır.
2003-cü ildə cənab İlham Əliyevə etimad göstərən xalq bir daha Heydər Əliyev siyasətinə səs vermişdir. YAP-ın VII qurultayı isə Partiya tarixində tamamilə yeni bir səhifənin açıldığından xəbər verir. Qurultayda qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Vurğulamaq bu məqamda olduqca yerinə düşür ki, məhz bu təyinat Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətdən xəbər verir. Qürurverici amildir ki, hörmətli Mehriban xanım Əliyevanın timsalında bu gün Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Mehriban xanım Əliyeva öndə olmaqla bu gün Azərbaycan qadını məsuliyyətli vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşdıraraq dünyanın mütərəqqi cəmiyyətinin qadınlarından nəinki geri qalmır, hətta cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir, dünya siyasətinə ayaq açır. YAP elə bir mütərəqqi yol tutub ki, ölkəmizdə həyata keçirilən islahatların, yeni siyasi sistemin yaranmasında, siyasi dialoqun formalaşmasında fəal iştirak edir. Yeni çağırışlara cavab verməyi bacaran Partiyamız beynəlxalq tendensiyaları nəzərə almaqla yanaşı, həm də milli birlik yolunda yeni bir səhifə də açaraq siyasi dialoqu stimullaşdırır. Müzəffər Ali Baş Komandanımız hər zaman bildirir ki, “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz”.
Siyasi dialoqun təşviqi və inkişafı məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi təşəbbüsü ilə həyata keçirilən məsələdir. YAP-ın irəli sürdüyü təşəbbüslər siyasi dialoqu davamlı edirsə, siyasi dialoqun özü də bu təşəbbüslərlə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar göstərdi ki, Partiyamız “iqtidar-xalq” modelinin mükəmməl modelini ortaya qoymağı bacarıb. Bu qurultay milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığından xəbər verdi. Bu, tamamilə yeni bir dövr deməkdir. “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” olaraq 5 fəsildən ibarət yeni Proqram YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Proqram mahiyyət etibarilə bütün mütərəqqi ideyaların daşıyıcısıdır.
Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı kimi on strateji istiqamət müəyyən olunub. Partiyadaxili münasibətlərin əsas meyarları da son dərəcə sağlam təməllər üzərində qurulub. Buraya peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və dəyərlər, innovativ inkişaf və kreativlik, elmlilik, müasirlik kimi meyarlar daxildir.
Partiyamızın 11 strateji hədəfi var ki, burada “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”məsələsindən tutmuş, dövlət və cəmiyyətin inkişafının müxtəlif aspektləri, “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı da daxil edilmişdir. Partiyamızın üzvləri vətənə sadiq, ümummilli maraqlara isə sədaqətlə xidmət edirlər. Son prezident, parlament və bələdiyyə seçkiləri göstərdi ki, xalq YAP-a yüksək etimad göstərir. İstər 92,12 faiz səslə Yeni Azərbaycan Partiyasının namizədi kimi cənab İlham Əliyevin 2024-cü il fevralın 7-də yenidən Prezident seçilməsi, istər 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən də seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbə qazanaraq parlamentdə 68 millət vəkili ilə təmsil olunması, istərsə də 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə əldə edərək yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etməsi bunu sübut edən amillərdir.
Azərbaycan bu gün tamamilə yeni bir reallıqda yaşayır və yaradır. Yeni Azərbaycan Partiyası xalqımızı yeni-yeni uğurlara səsləyir.

Azər Badamov
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin Sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri