Icma.az
close
up
RU
Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib DEPUTAT

Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib DEPUTAT

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib" - DEPUTAT

"Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günə qədər hər zaman xalqımızın etimadını doğruldub".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, 90-cı illərdə Azərbaycanda baş verən hadisələr ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi yaratmaqla yanaşı mövcud olan xaos və anarxiya Azərbaycanın dövlət kimi varlığını da təhlükə altında qoyurdu:

"Həmin dövrdə respublikamızda 30-a yaxın siyasi partiya, ictimai təşkilat və hərəkat mövcud olsa da, onlar xalqı səfərbər edəcək qədər sosial bazaya malik deyildilər və aralarında xalqın ümumi mənafeyi naminə birlik yox idi. Xalqın bu siyasi təşkilatlara və onların liderinə heç bir inamı qalmamışdı və ölkədə xaos baş alıb gedirdi. Belə bir vaxtda müstəqilliyimizin qorunub saxlanmasını, respublikamızda taleyüklü məsələləri tənzimləməyi bacaran tanınmış bir şəxsin liderliyi ilə fəaliyyət göstərən yeni partiyanın yaranmasına ehtiyac vardı.

Azərbaycanın taleyini düşünən o dövrün ziyalı insanları ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdı. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Beləliklə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi "dünənin, bu günün və sabahın partiyası" səviyyəsinə yüksəltdi".

Deputat vurğulayıb ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib:

"YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Azərbaycan Respublikasının ikinci dəfə əldə etdiyi müstəqilliyinin qorunub saxlanması, onun inkişaf edərək qabaqcıl ölkələr sırasına çıxması, getdikcə qloballaşan dünyanın bütün çağırışlarına adekvat cavab verməsi, davamlı və dinamik inkişafa nail olmaqla bölgədə yüksək nüfuz sahibinə çevrilməsi nəinki Azərbaycanın, həm də Cənubi Qafqaz regionunun güclü siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyası adı ilə bağlıdır. Bu da belə bir möhtəşəm siyasi qüvvənin yaradılması təşəbbüsünü və məsuliyyətini öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərindən biridir.

Azərbaycan xalqı əmindir ki, Yeni Azərbaycan Partiyasının lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dediyi və özünün ölkəyə rəhbərlik etdiyi müddətdə sübuta yetirdiyi kimi, bundan sonra da yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilməsi, enerjisi və təşəbbüskarlığı sayəsində xalqımızın dinc və firavan həyat səviyyəsini təmin etmək, respublikamızın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək istiqamətində yeni və çox möhtəşəm uğurlara imza atacaqdır. O səbəbdən də Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına və onun rəhbərliyinə dəfələrlə etibar etmiş dövlətinin idarəçilliyini məhz YAP –ın namizədinə etibar edərək İlham Əliyevi özünə prezident seçib".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 21 Noyabr 2024 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see195

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri