Icma.az
close
up
RU
Yeni Azərbaycan Partiyasının müasir dövlətçilik tariximizdə yeri və rolu”

Yeni Azərbaycan Partiyasının müasir dövlətçilik tariximizdə yeri və rolu”

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyasının müasir dövlətçilik tariximizdə yeri və rolu” adlı tədbir keçirilib.

 Tədbirdən öncə Konservatoriyanın inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, həmçinin bir neçə gün öncə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 33 il bundan əvvəl - 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılmasının  müasir dövlətçilik tariximizdə əlamətdar hadisə olduğunu qeyd edib. Rektor Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkəmizi daim irəliyə apararaq və önəmli nailiyyətlərə imza ataraq ümumxalq etimadı qazandığını vurğulayıb.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verdiyini söyləyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri, 2020-ci ildə qazandığı şanlı Zəfəri və 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpa olunduğunu diqqətə çatdıraraq vurğulayıb ki, qazanılan uğurların əsasında dövlət başçısının milli maraqlara əsaslanan məqsədyönlü siyasəti və xalq-iqtidar birliyi dayanır.

Sonra çıxış edənlər ölkəmizdə mədəniyyət sahəsində görülən işlər və qazanılan uğurlardan, həmçinin ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının mənəvi dəyərlərə və dövlət mənafelərinə əsaslanan fəaliyyətindən bəhs ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş konservatoriya əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Tədbirin sonunda bədii hissə təqdim olunub, xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Noyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri