Icma.az
close
up
RU
Yeni Azərbaycan qəzeti 32 il öncə yenə yarandı...

Yeni Azərbaycan qəzeti 32 il öncə yenə yarandı...

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin 32 yaşı tamam olur.
Modern.az-ın məlumatına görə, “Yeni Azərbaycan” qəzetinin 1-ci sayı YAP-ın yaranmasının beşinci ayında – 1993-cü il aprelin 10-da işıq üzü görüb.
"Yeni Azərbaycan" qəzetinin əsas məqsədi ölkədəki sosial, siyasi və iqtisadi proseslər barədə məlumat yaymaq və Yeni Azərbaycan Partiyasının siyasətini geniş kütlələrə çatdırmaqdır.
Qəzet həmçinin dövlətin daxili və xarici siyasətinə dair məqalələr dərc edir.

Qəzetin ilk baş redaktoru YAP-ın qurulmasında iştirak etmiş “91-lər”in üzvü Xeyrəddin Qoca olub. O, 1993-1997-ci illərdə qəzetə rəhbərlik edib.
X.Qoca “Yeni Azərbaycan”ın necə yarandığını belə xatırlayır:
“Naxçıvanda YAP təsis olunanda ümumilli lider Heydər Əliyev mənə İdarə Heyətinin üzvü olmağı təklif etdi. Mən isə bildirdim ki, jurnalist olduğum üçün tez-tez keçiriləcək iclaslarda iştirak edə bilməyəcəyimdən ehtiyat edirəm. Heydər Əliyev də “onda səni Siyasi Şuranın üzvü seçərik…” deyə bildirdi.
Siyasi Şura yığışdı. Orada bəzi məsələlər müzakirə olundu, o cümlədən, partiyanın qəzetinin yaradılmasının vacibliyi Siyasi Şura üzvlərinin nəzərinə çatdırıldı.
Bəziləri dedi ki, gəlin, qəzetin adını “Yeni Azırbaycan” qoyaq, partiyanın adına uyğundur. Mən isə bildirdim ki, “yeni” sözü ilə çıxan qəzetlər çoxdur, bəlkə başqa ad seçək. Heydər Əliyev “qəzetin adının “Proqress” qoyulması necə olar?”,- deyə soruşdu. Hərə bir fikir söylədi, axırda qəzetin “Yeni Azərbaycan” adı ilə çıxarılması qərara alındı. Sonra üzünü mənə tutub dedi: “Xeyrəddin Qoca, mən bilirəm, sən “Səs” qəzetinin redaktoru olmaqdan imtina etmisən ki, partiyanın qəzeti yaradılacaq… Sən olarsan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru...
…1993-cü il martın 26-da Rafael Allahverdiyevlə məni qəzetin yaradılmasına hazırlıqla əlaqədar Naxçıvana çağırdı Heydər Əliyev artıq, Naxçıvan MR Ali Məclisinin sədri idi. Söhbət zamanı mənə dedi ki, qəzet aprelin 10-da çıxmalıdır.
Dedim ki, belə az vaxtda qəzeti çıxarmaq çətindir. İş otaqları yox, müxbirlər yox, yazılar yox, heç bir avadanlıq yox! Heydər Əliyev dilləndi: “Bürokrat olma, get, qəzeti çıxart!”
İndi mənim təkbaşına işə necə girişdiyimi təsəvvür edin. Əlbəttə, Heydər Əliyev dediyi gün - aprelin 10-da qəzetin ilk nömrəsini çıxardım”. 
1997-ci ildə Xeyrəddin Qoca Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edildiyindən “Yeni Azərbaycan”ın baş redaktoru vəzifəsindən azad edilib.
1997-ci ildə qəzetə Alqış Musayev baş redaktor təyin edilib. O, 2008-ci ilə qədər qəzetə rəhbərlik edib.
2008-2021-ci illərdə “Yeni Azərbaycan”ın baş redaktoru deputat Hikmət Babaoğlu olub.
2021-ci ildə Alqış Musayev yenidən “Yeni Azərbaycan” qəzetinin baş vəzifəsinə gətirilib və o, hazırda da bu postda çalışır.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:391
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Aprel 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri