Icma.az
close
up
RU
Bu binalarda yaşayan vətəndaşlara çıxarış verilməyəcək

Bu binalarda yaşayan vətəndaşlara çıxarış verilməyəcək

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Bəzi binalardan çıxarışların (mülkiyyət sənədlərinin) verilməməsinin əsas səbəbi həmin binaların təhvil-təslim sənədlərinin imzalanmaması ilə bağlıdır. Əgər bina dövlət orqanlarına təhvil verilibsə, belə hallarda çıxarışların verilməsi ilə bağlı heç bir problem yaranmır".
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. 
"Əksinə, əgər podratçı şirkət layihəyə uyğun olmayan tikinti aparıbsa və ya tikinti prosesində qanuni prosedurlar pozulubsa, bu zaman müvafiq dövlət qurumlarından razılıqların alınmasında çətinliklər yaşanır. Fövqəladə Hallar Nazirliyi də daxil olmaqla icraedici strukturlar binanın yaşayış üçün yararlı olmasını təsdiq etmədiyi halda, təhvil-təslim sənədləri imzalanmır və nəticədə həmin binalar üzrə çıxarışların verilməsi mümkün olmur.Əgər bina layihə və normativ tələblərə uyğun şəkildə inşa olunub, təhlükəsizlik standartlarına əməl edilibsə, belə binalarda çıxarışların alınması ilə bağlı problem yaranmır".
O bildirib ki, vətəndaşlar çıxarış ala bilmədikdə, ilk növbədə tikintini həyata keçirən şirkətlərlə bağladıqları müqavilələrə əsaslanmalıdırlar:
"Bu müqavilələrdə mənzilin təhvil verilmə müddəti və sənədlərin təqdim olunması ilə bağlı öhdəliklər açıq şəkildə göstərilir. Əgər şirkət bu öhdəlikləri yerinə yetirmirsə, vətəndaşlar məhkəməyə müraciət etməklə hüquqlarını tələb etməlidirlər.
Binanı inşa edən qurumun birbaşa vəzifəsi normativ tələblərə əməl etmək və alıcıya ödənişin qarşılığında mülkiyyət sənədlərini təqdim etməkdir. Çıxarışı olmayan sakinlər hüquqi baxımdan həmin mənzillərin mülkiyyətçisi sayılmır, çünki mülkiyyət hüququ yalnız Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən çıxarışla təsdiq olunur".
Onun sözlərinə görə, bu səbəbdən vətəndaşlar problemlə bağlı Əmlak Xidmətlərinə və müvafiq icra orqanlarına müraciət etməlidirlər:
"Əgər problem tikinti şirkətindən qaynaqlanırsa, onun aradan qaldırılması da həmin şirkətin məsuliyyətində olmalıdır.
Rəsmi şəkildə dövlət qeydiyyatına alınmış və təhvil verilmiş binalarda çıxarışların verilməsi ilə bağlı dövlət orqanları tərəfindən heç bir maneə yaradılmır. Problem yalnız təhvil-təslim prosesi başa çatmamış binalarda müşahidə olunur".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Oktyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri