Icma.az
close
up
RU
Yeni COVID dalğası qapıdadır? Yeni ştammla bağlı qorxudan xəbər

Yeni COVID dalğası qapıdadır? Yeni ştammla bağlı qorxudan xəbər

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Yeni COVID-19 variantı BA.3.2-nin dünyada yayılmaqda davam etdiyi və mövcud immuniteti daha asan aşa bildiyi iddia edilir.

Turkustan.az xəbər verir ki, ağciyər xəstəlikləri üzrə mütəxəssis, türkiyəli professor Şevket Özkaya bildirib ki, “cırcırama” adlandırılan yeni COVID-19 variantı ABŞ və Avropada yayılmağa başlayıb. Onun sözlərinə görə, bu variant çoxsaylı mutasiyalara malikdir və əvvəlki yoluxma və ya vaksinasiya nəticəsində formalaşmış immun müdafiəni daha asan aşa bilər.

Mütəxəssis qeyd edib ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, BA.3.2 variantı azı 25 ştatda aşkarlanıb. O bildirib ki, ümumi yoluxma göstəriciləri hazırda aşağı səviyyədə qalsa da, bu variant dünya üzrə yayılmasını davam etdirir və xüsusilə ötən payızdan etibarən bir sıra ölkələrdə daha sürətlə yayılmağa başlayıb.

Professorun sözlərinə görə, BA.3.2 ilk dəfə 2024-cü ilin noyabrında Cənubi Afrikada aşkar edilib. Bu variant Omicron ailəsinə aid BA.3 altvariantının davamı hesab olunur.

2024-cü il ərzində digər variantların kölgəsində qalan BA.3.2 səssiz şəkildə yayılıb və ötən ilin sentyabrından sonra daha nəzərəçarpan olub.

Özkaya bildirib ki, bu variantı digərlərindən fərqləndirən əsas cəhət sünbül zülalında baş verən çoxsaylı genetik dəyişikliklərdir. Bu dəyişikliklər virusun immun sistemi tərəfindən fərqli tanınmasına səbəb ola bilər və əvvəlki yoluxma və ya peyvəndlə qazanılmış qorumanı zəiflətmək potensialına malikdir.

Mütəxəssis əlavə edib ki, hazırkı məlumatlara əsasən, BA.3.2-nin daha ağır xəstəliyə səbəb olduğuna dair sübut yoxdur. Onun sözlərinə görə, bu variantın geniş yayıldığı ölkələrdə ağırlaşma və ya xəstəxanaya yerləşdirmə hallarında ciddi artım müşahidə olunmayıb.

Verilən məlumata görə, 2026-cı il fevralın 11-dək BA.3.2 variantı ən azı 23 ölkədə qeydə alınıb. Bəzi Avropa ölkələrində yayılma daha yüksəkdir. /“Yeni Sabah”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Aprel 2026 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri