Parlamentdən sahibkarlara şad xəbər: Yeni güzəşt qapıdadır
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Vergi Məcəlləsinə” təklif edilən mühüm dəyişikliklər müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib. Yeni dəyişiklik qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən özəl sahibkarlara ƏDV-nin depozit hesabındakı vəsaitlərdən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) köçürmələr etmək imkanı yaradacaq.
“Yeni Sabah” xəbər verir ki, bu haqda millət vəkili Vüqar Bayramov məlumat verib. O, bildirib ki, indiyə qədər qüvvədə olan qaydalara görə, sahibkarların ƏDV depozit hesablarında vəsait olsa da, ondan sosial öhdəliklərin (məcburi dövlət sosial sığorta haqlarının) icrası üçün istifadə etmək qeyri-mümkün idi:
“Bu isə biznes subyektlərinin əlavə maliyyə resursları cəlb etməsinə, bəzi hallarda isə vəsait çatışmazlığı səbəbindən sosial ödənişlərin gecikməsinə yol açırdı. Pepperoni pizza
Yeni qaydaların tətbiqi sahibkarlara seçim imkanı verəcək: depozit hesabında sərbəst vəsait olduqda, digər cari resursları sosial ödənişlərə yönəltməyə ehtiyac qalmayacaq.
Təklif olunan dəyişikliklər qəbul edildikdən sonra 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətinə qüvvədə olacaq.
Bu addım vergi ödəyicilərinin dövriyyə vəsaitlərindən daha səmərəli istifadəsinə, maliyyə yükünün azaldılmasına və qeyri-neft özəl sektorunun stimullaşdırılmasına xidmət edir”.
Cəlalə Cəlalqızı
Baxış sayı:189
Bu xəbər 01 İyul 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















