Yeni Dehli seçim qarşısında ABŞ a “boyun əysə”, nə baş verəcək?
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu mövqeyi Hindistanın GTRI təşkilatının rəhbəri Acay Şrivastava ifadə edib.
Ekspert vurğulayıb ki, Yeni Dehli Rusiya enerjidaşıyıcılarının idxalını davam etdirməlidir, çünki onlar bazar cəlbediciliyini qoruyub saxlayır. Şarvastovanın fikrincə, Rusiyadan sərfəli alış şərtləri milli iqtisadiyyatın stabilləşdirilməsi və inflyasiya proseslərinin məhdudlaşdırılması üçün mühüm alətə çevrilib.
O, həmçinin ölkə hakimiyyətini ABŞ-ın xeyrinə birtərəfli ticarət preferensiyalarından çəkinməyə çağırıb, qeyd edib ki, bu cür addımlar 1974-cü il Ticarət Qanununun müddəalarının tətbiqi də daxil olmaqla, gələcək Amerika məhdudiyyətlərindən qorunmağa zəmanət vermir.
Sentyabrın 17-də ABŞ Konqresi Rusiya neft və qazının idxalçılarına qarşı sərt tədbirlər nəzərdə tutan qanun layihəsini bəffq edib. Senatorlar Lindsi Qrem və Riçard Blumental tərəfindən hazırlanmış sənəd Rusiya xammalını alan və ya sanksiya rejimindən yan keçməyə kömək edənlər üçün yüz faizlik rüsumların tətbiqini nəzərdə tutur. Amerika tərəfinin bəyanatlarına görə, bu təşəbbüsün əsas məqsədi Rusiya büdcəsinə maliyyə daxilolmalarını azaltmaqdır.(publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 20 Sentyabr 2026 06:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















