Icma.az
close
up
RU
Menu

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Boyun osteoxondrozu

Boyun osteoxondrozu

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Osteoxondroz onurğa sütununda olan xroniki distrofik prosesdir.

Hal hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir, müxtəlif pozulmalara, iş qabiliyyətinin azalmasına, hətta şikəstliyə gətirib çıxarır.

Statistikaya görə, damar xəstəliklərdən (hipertoniya, ateroskleroz, ürəyin işemik xəstəliyi, infarkt və insult) sonra osteoxondroz xəstəliklər arasında 2-ci yer tutur. Lakin damar xəstəliklərdən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. Həkimlərin müşahidələrinə görə, insanların bir çox hissəsində osteoxondroz var. Bunun səbəbini isə həkimlər müasir insanın azhərəkətli həyat tərzində, düzgün olmayan qidalanmada görürlər. Müasir insanın həyatı gündən-günə avtomatlaşdırılır. Müasir həyat tərzi daha hərəkətsizdir - məişətdə paltaryuyan, qabyuyan maşınlar istifadə olunur. İnternet vasitəsilə evdən çıxmadan insan hər bir şey əldə edə bilir və s. Bütün bu rahatlıqlar isə insanı daha zəif edir...

Boyun osteoxondrozu bu xəstəliyin ən təhlükəli növü sayılır. Boyun osteoxondrozu zamanı onurğanın boyun hissəsinə aid olan fəqərələr və onların arasında olan disklər deformasiyalara uğrayır.

Boyun osteoxondrozu zamanı bu kimi simptomlar meydana çıxa bilər:

- boyun hissəsində daim ağrılar,

- qollarda və çiyinlərdə ağrılar, keyləşmə, "qarışqaların gəzişməsi" hissi,

- boyunun hərəkətliliyin məhdudlaşması. Bəzən insan hiss edir ki, boyunu hətta tərpədə bilmir və başını yanlara çevirmək üçün bədənini çevirməli olur.

- baş gicəllənməsi,

- başda ağırlıq hissi,

- tez-tez təkrarlanan baş ağrıları,

- ənsə nahiyəsində ağrı,

- qulaqlarda küy,

- daim yorğunluq hissi,

- görmə və eşidmənin pisləşməsi,

- yuxusuzluq.

Əgər Siz özünüzdə bu kimi simptomları müşahidə etmisinizsə, mütləq ortoped və ya nevroloqa müraciət edin. İlkin mərhələlərdə osteoxondroz xüsusi müalicəvi bədən tərbiyəsi, fizioterapevtik üsullar (masaj, elektroforez və s.), pəhrizdə müəyyən dəyişikliklər, gündəlik fiziki gərginliyin artması və s. kimi asan tədbirlərlə müalicə oluna bilər. Ağırlaşmış formalarda olan osteoxondrozun müalicəsi zamanı hətta cərrahiyyə üsullarından istifadə olunur.

Boyun osteoxondrozun əsas səbəbləri və profilaktikası:

- boyun travmaları (yol qəzası, yıxılma, güclü silkələnmə və s. zamanı).

- boyun, ənsə, çiyin hissəsinin güclü soyuqlaması. Məhz bu səbəbdən osteoxondrozun profilaktikası üçün həkimlər daim havaya uyğun geyinmək, soyuq və küləkli havada baş örtüyü və şərfdən istifadə etmək məsləhət görürlər. Təbii parçalar (yun, pambıq) istini yaxşı saxlayır, sintetik parçalar isə yox. Bu səbəbdən insan təbii parçalardan tikilən paltarlara üstünlük verməlidir.

Hətta insanın saç fasonu onda osteoxondrozun inkişafına təsir edə bilər. Belə ki, həkimlər boyun hissəsində bir qədər tük saxlamaq tövsiyə edirlər.

- hərəkətsizlik. Onurğa fəqərələri və fəqərələr arasında olan disklər onlara lazım olan qidalı maddələri ətrafda olan toxumalardan alır. Bu toxumalar qanla yaxşı təchiz olunmalıdır. Bunun üçün isə insan gün ərzində kifayət qədər hərəkət etməlidir, idmanla məşğul olmalıdır, gəzməlidir və s. Oturaq işdə işləyən insanların əksəriyyətində bu və ya digər formalarda osteoxondroz var. Boyun osteoxondrozun inkişafının riski daim kompüterdə və ya sənədlərlə işləyən insanlarda daha çox olur (səbəb - boyunun əyilməsidir).

- piylənmə. Piylənmə zamanı insan orqanizmində mübadilə prosesləri pozulur. Bundan əlavə artıq çəkisi olan insanın onurğa sütunu güclü yükləmələrə məruz qalır. Bütün bunlar da osteoxondrozun inkişafına və ya daha da dərinləşməsinə səbəb olur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see294

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see280

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see272

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see239

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see227

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see224

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see223

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see222

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see222

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see211

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see209

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see209

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see203

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see187

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see186

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see180

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see180

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see176

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri