Icma.az
close
up
RU
Yeni dəstək mexanizmləri qeyri neft sektorunda dönüş yaradacaq? Ekspertdən AÇIQLAMA

Yeni dəstək mexanizmləri qeyri neft sektorunda dönüş yaradacaq? Ekspertdən AÇIQLAMA

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Ölkə rəhbərinin son fərmanları ilə ixrac logistikasına subsidiyaların ayrılması, kredit zəmanəti və faiz dəstəyi mexanizmlərinin regionlara yönəldilməsi, eləcə də gömrük xərclərinin kompensasiya olunması nəzərdə tutulur.

 Maraqlıdır, bu addımlar Azərbaycanda qeyri-neft sektorunun inkişafına və yerli istehsalın ixrac potensialının artmasına nə dərəcədə təsir göstərəcək? Bu mexanizmlər sahibkarları yeni investisiyalara təşviq edəcəkmi?

Mövzu ilə bağlı Moderator.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlama verib. 

Ekspert bildirib ki, bu tip fiskal və institusional dəstək mexanizmləri ümumilikdə düzgün dizayn edildiyi halda qeyri-neft sektorunun inkişafına real təsir göstərə bilər, amma nəticənin miqyası və sürəti onların icra keyfiyyətindən və biznes mühitində paralel islahatlardan çox asılıdır:

"İxrac logistikasına subsidiyaların verilməsi xüsusilə vacib addımdır, çünki Azərbaycanın əsas problemlərindən biri məhsulun daxili istehsal xərci deyil, onun xarici bazara çıxış xərcləridir. Nəqliyyat, sığorta, tranzit və logistika xərcləri yüksək olduqda, yerli istehsal beynəlxalq bazarda rəqabət qabiliyyətini itirir. Dövlət bu xərclərin bir hissəsini kompensasiya etdikdə, ixrac qiyməti aşağı düşür və məhsul daha rəqabətli olur. Bu, xüsusilə kənd təsərrüfatı, yüngül sənaye və emal sənayesi üçün mühüm üstünlük yaradır.

Kredit zəmanəti və faiz dəstəyi mexanizmləri isə maliyyəyə çıxışı asanlaşdırır. Azərbaycanda bir çox kiçik və orta sahibkarın əsas problemi ideya və ya bazar deyil, maliyyəyə çıxışdır. Bank kreditlərinin yüksək faizlə verilməsi və girov tələblərinin sərt olması investisiya qərarlarını məhdudlaşdırır. Dövlət zəmanəti bu riski azaldaraq bankları daha çox kredit verməyə, sahibkarları isə daha böyük layihələrə girməyə təşviq edə bilər. Xüsusilə istehsal və ixrac yönümlü sahələrdə bu mexanizm yeni layihələrin sayını artıra bilər.

Gömrük xərclərinin kompensasiyası isə istehsal zəncirində xammal və avadanlıq asılılığını nəzərə alaraq mühüm rol oynayır. Bir çox sənaye sahəsində yerli istehsal hələ tam inteqrasiya olunmadığı üçün xaricdən gətirilən xammal və texnologiya bahalı olur. Bu xərclərin qismən kompensasiyası məhsulun maya dəyərini azaldır və daxili istehsalı daha cazivədar edir".

Akif Nəsirli vurğulayıb ki, bütün bu mexanizmlər birlikdə götürüldükdə qısa və orta müddətdə qeyri-neft sektorunda müəyyən canlanma yarada bilər:

"Xüsusilə ixrac potensialı olan sahələrdə - aqrar sektor, qida sənayesi, tikinti materialları, yüngül sənaye və bəzi xidmət sahələrində artım müşahidə oluna bilər. Lakin burada əsas məhdudiyyət ondan ibarətdir ki, bu cür dəstək tədbirləri təkbaşına struktur problemləri həll etmir. Əgər məhsuldarlıq aşağı qalırsa, rəqabət mühiti zəifdirsə, məhkəmə və biznes mühitində qeyri-müəyyənlik varsa, subsidiyalar yalnız qısamüddətli stimullaşdırıcı effekt verir. Yəni bu mexanizmlər “yanacaq rolunu” oynaya bilər, amma “mühərrikin özünü” dəyişdirmir. Sahibkarların investisiya qərarları yalnız subsidiyalardan asılı deyil. Onlar əsasən uzunmüddətli sabitlik, bazarı proqnozlaşdırıla bilməsi, hüquqi təminat və gəlirlik səviyyəsinə baxırlar. 

Əgər bu elementlər güclənməzsə, dövlət dəstəyi olsa belə investisiya axını məhdud qala bilər. Digər mühüm məqam isə bu dəstəyin selektiv və şəffaf şəkildə həyata keçirilməsidir. Əgər subsidiyalar geniş və qeyri-effektiv şəkildə paylanarsa, bu, bazarda süni asılılıq yarada bilər. Amma düzgün hədəflənmiş, ixrac yönümlü və performansa bağlı mexanizm tətbiq olunarsa, bu, real sənaye və ixrac artımına səbəb ola bilər. Ümümiyyətlə, bu addımlar Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün müsbət siqnaldır və düzgün icra olunduğu halda sahibkarları yeni investisiyalara təşviq edə bilər. Lakin onların uzunmüddətli təsiri iqtisadi islahatların dərinliyi və biznes mühitinin ümumi keyfiyyəti ilə birbaşa bağlı olacaq".

Pərvin Şakirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 İyun 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri