Icma.az
close
up
RU
Məktəblərdə bu şəxslərlə bağlı cəza mexanizmləri olacaq Ekspertdən AÇIQLAMA

Məktəblərdə bu şəxslərlə bağlı cəza mexanizmləri olacaq Ekspertdən AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, məktəb avadanlıqlarının baxımsızlıq və biganə münasibət səbəbindən sıradan çıxarılması həm vəsaitin israfına, həm də təhsilin keyfiyyətinin azalmasına səbəb olur.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri bildirdi ki, Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli, 171 saylı qərarı ilə təsdiq edilən “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndə məktəblərdəki avadanlıqların, maddi-texniki təchizatın qorunma qaydaları bütün incəliklərinə qədər əks olunub:

"Adıçəkilən dövlət sənədində təkcə məktəblərin maddi-texniki avadanlıqları yox, həmçinin onların necə tikilməsi, sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, müxtəlif funksiyalı otaqların (tibb otağı tipli) hazırlanma qaydaları, ara məsafələr və s. hər bir detal hesablanıb. Belə olan təqdirdə, təbii ki, məktəbdaxili texniki təchizatın da qorunması bir təhsil müəssisəsi adına həssas məsələ hesab edilməlidir. Çünki dövlət müəssisəsi olan və təhsili şagirdlər üçün ödənişsiz əsaslarla, dövlətin ayırdığı vəsait hesabına təşkil edən məktəbdəki avadanlıqlar da dövlətə aid olan predmetlərdir. Məktəbin divarlarından tutmuş, şagirdlərə paylanılan kitablara qədər hər detalın dövlətə aid olduğunu, bunların təhsil alınması üçün təhkim olunduğunu anlamaq və bir müddətdən sonra estafet kimi digərinə ötürülməsi reallığını bilən şəxs, təbii ki, avadanlığa, maddi-texniki təchizata da xüsusi qayğı ilə yanaşmalıdır. Bu gün məktəbin informatika kabinetindəki kompüterdən, sinif otaqlarındakı partadan, şagirdin əlindəki kitabdan tutmuş bütün maddi təminatlar bizə dövlətin bir əmanəti kimi görünməli və o cür də qorunmalıdır".

Ekspert qeyd etdi ki, dövlətçilik xarakteri hər bir detalda özünü büruzə verməli, ona aid olan hər detal həssaslıqla qorunmalıdır:

"Şəxsən əlimizdə hansı məktəbdə hansı texniki avadanlığın zədələnməsi, sıradan çıxarılması ilə bağlı rəsmi məlumatlar yoxdur. Amma heç birimizə sirr də deyil ki, istər paytaxt, istərsə də region məktəblərində təəssüf ki, ara-sıra belə halların şahidi oluruq. Şəxsən dostluq etdiyim bəzi məktəb direktorları var ki, onlar məktəbdə zədələnmiş, sıradan çıxmış avadanlıqları bəzi hallarda məktəb heyətinin, şəxsən özlərinin maddi vəsaiti hesabına aradan qaldırmağa çalışırlar. Düşünürəm ki, yeni tədris ilindən etibarən məktəblərdə tətbiq olunacaq şagird davranış qaydalarında məktəbin texniki təchizatına ciddi zərbə vuran şəxslərlə bağlı müəyyən cəza mexanizmləri mövcud olacaq. Onların tətbiqi bu istiqamətdə problemləri müəyyən qədər azaltmış olacaq", - deyə E.Nuri vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri