Icma.az
close
up
RU
Yeni dişləri turistlərə baha başa gəldi: Həbs edildilər

Yeni dişləri turistlərə baha başa gəldi: Həbs edildilər

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

32 yaşlı britaniyalı Corciya Harrison yeni dişlərini qeyd etmək üçün həyat yoldaşı ilə Türkiyəyə tətilə gəlib. Problemlər cütlüyün hava limanına qədər otel işçiləri tərəfindən izlənilməsi ilə başlayıb.
 

Sfera.az bildirir ki, Corciya Harrison tələyə düşdüyünü deyir. Hətta Britaniya səfirliyi də ona kömək edə bilməyib.
 

Rochdale şəhərində təmizlikçi işləyən qadının özü "həyatının ən böyük səhvini" etdiyini etiraf edir. O, iyunun 18-də mediaya 12 yaşlı qızı Poppinin yanına qayıtmalı olduğunu bildirib.

Harrison, həyat yoldaşı Arron Tiqe ilə birlikdə mayın 2-də Antalyaya uçub, mayın 7-də evə dönməli idi. Tətildə cütlük yeni vinir dişlərini qeyd etmək üçün ziyafət təşkil edərək əyləniblər.


Qadın araq və spirtli kokteyllər içib, bundan sonra otelin hamamında təsadüfən şüşə arakəsməni sındırıb. O, spirtlə antipsikotikləri qarışdırdıqdan sonra huşunu itirdiyini iddia edir. Harrison bunun necə baş verdiyini heç xatırlamadığını bildirir.


 

Təşvişə düşən cütlük ertəsi gün səhər oteldən ayrılaraq taksi ilə hava limanına gedib. Onlar Böyük Britaniyaya uçmaq niyyətində idilər, lakin avtomobilin qarşısı üç maşın tərəfindən kəsilib və qorxan taksi sürücüsü polisə müraciət etməli olub. Sonda cütlük həbs edilib.
 

Qeyd olunur ki, hava limanına avtomobil təqibi sınıq duşdan artıq xəbərdar olan otel işçiləri tərəfindən təşkil edilib. Britaniyalılar həbsxana kamerasına salınaraq vəkilsiz sorğu-sual edilib. Harrison ingilisdilli vəkil tələb edərək suallara cavab verməkdən imtina etdiyini bildirib. Ancaq bu, yalnız həbsə müqavimət ittihamı ilə nəticələnib.

Qadının sözlərinə görə, o, məhkəməyə aparılmazdan əvvəl 300 nəfərlik kamerada qalıb və ölkədən çıxışına qadağa qoyulub. Ondan mehmanxanaya 15 min funt-sterlinq təzminat ödəməsi tələb olunur.


 

"Mən tələyə düşdüm, 15 min funt sterlinqim yoxdur. Vəkilə pul vermişəm, otellər üçün pul vermişəm, ev kirayəsinə pul vermişəm. Buradan çıxmaq üçün çox yollar sınamışam, amma heç nə alınmır, uçuruma dirənmişəm. Etdiyim işin səhv olduğunu bilirəm, amma məni öldürür. Qızımın yanına getməliyəm" - deyə qadın səhvini qəbul edir.

İngilis qadın vəziyyəti dəhşətli kimi xarakterizə edərək, nəyisə dəyişdirmək üçün əlindən heç nə gəlmədiyini bildirir. Səfirliklə əlaqə saxlasa da, ona səyahət qadağasını qaldırmağa kömək edə bilməyəcəklərini deyiblər. Qadın hadisədən sonra təxminən 7 həftədir ki, Türkiyədədir və orada qeyri-müəyyən müddətə saxlanılacağından qorxur.
 

Harrison Yunanıstana qayıqla getmək də daxil olmaqla, ölkəni tərk etmək üçün müxtəlif yollar sınayıb. Hər dəfə onu pasport nəzarətindən geri qaytarıblar. O, övladının yanına qayıtmaq istəyir, lakin vəkili ona məhkəməni gözləməyi məsləhət görür. Bunun nə qədər çəkəcəyi məlum deyil.
 

"Mən burada yaşamağa davam edə bilmərəm. Altı həftədən artıqdır ki, burada səssizcə oturmuşam, amma əziyyət çəkirəm və heç nə dəyişmir" - deyə təmizlikçi qadın yekunlaşdırıb.

Aysel

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 İyun 2025 01:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri