Yeni müqavilə “Real”a baha başa gəldi
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real”ın futbolçulara və məşqçi heyətinə çəkdiyi maaş xərcləri kəskin artıb.
QOL.az sport.es-ə istinadən xəbər verir ki, Madrid klubunun cari mövsümdə maaş vxərcləri ümumilikdə 707 milyon avro təşkil edir.
Bu məbləğ klubun ümumi əməliyyat xərclərinin 57 faizinə, gəlirlərinin isə 50 faizinə bərabərdir. Bildirilir ki, göstəricilər UEFA-nın maliyyə qaydalarına uyğundur.
Mənbənin məlumatına əsasən, “Real”ın maliyyə imkanları bu həcmdə xərcləri qaydaları pozmadan qarşılamağa imkan verir.
Qeyd edək ki, Madrid təmsilçisi cari mövsüm üçün ümumi gəlirlərini 1 milyard 405 milyon avro səviyyəsində proqnozlaşdırır. Klubun maaş xərclərinin artmasında yay transferləri və Vinisius Juniorla müqavilənin uzadılması da rol oynayıb.
Baxış sayı:68
Bu xəbər 10 Noyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















