Icma.az
close
up
RU
Yeni dövrün başlanğıcı ŞƏRH

Yeni dövrün başlanğıcı ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

25 oktyabr Qubadlının tarixində yeni dövrün başlanğıcıdır. Uzun illər işğal altında olan Qubadlı bu gün yenidən qurulur. 1993-cü il avqustun 31-də işğal olunan rayonun sakinləri evlərindən, təsərrüfatlarından, illərlə qurduqları həyatlarından ayrı düşsələr də, doğma torpağa bağlılıqlarını itirmədilər. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun Qubadlı şəhərini azad etməsi həmin uzun ayrılığın tarixində yeni mərhələ açdı. Bu günün əhəmiyyəti həm də ondadır ki, Qubadlıda azadlıqla başlanan yeni tarix indi quruculuq və dirçəliş işləri ilə davam edir. Qubadlı rayonu yerləşdiyi coğrafi mövqeyə görə fərqlənir. Zəngin meşə örtüyü, əlverişli təsərrüfat imkanları ilə seçilən bu rayonun iqtisadi imkanları böyükdür. Belə ki, işğaldan əvvəl rayonun iqtisadi həyatında əkinçilik, heyvandarlıq, taxılçılıq, üzümçülük və tütünçülük mühüm yer tuturdu. Yerli əhalinin zəhməti hesabına formalaşan təsərrüfat ənənələri Qubadlının sosial-iqtisadi inkişafına, kənd həyatının canlanmasına və əhalinin rifahının yüksəlməsinə töhfə verirdi. Prezident cənab İlham Əliyevin 2020-ci il dekabrın 23-də Qubadlıya səfəri zamanı Azərbaycan bayrağını ucaltması şəhərdə dövlət suverenliyinin bərpasını təcəssüm etdirən tarixi hadisə oldu. Sonrakı səfərlər və həyata keçirilən layihələr isə azad edilmiş ərazilərin bərpasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərdi. 2021-ci il oktyabrın 25-də “Qubadlı” yarımstansiyasının açılışı, Xanlıq-Qubadlı yolunun təməlinin qoyulması və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin istifadəyə verilməsi rayonun dirçəldilməsi istiqamətində mühüm addımlar idi. Sonrakı illərdə enerji, su təsərrüfatı, nəqliyyat və sosial infrastruktur layihələri ilə yanaşı, yaşayış məhəllələrinin, məktəbin, xəstəxananın və kəndlərin yenidən qurulmasına başlanıldı. Qubadlının bərpası yalnız dağıdılmış tikililərin yenidən inşası demək deyil. Əsas məqsəd insanların doğma torpaqlarına qayıtması, burada təhlükəsiz yaşaması, işləməsi və keyfiyyətli sosial xidmətlərdən yararlanması üçün müasir şərait yaratmaqdır. Bu baxımdan Böyük Qayıdış proqramı işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişini təmin edən strateji dövlət siyasətinin mühüm istiqamətidir. 2025-ci il sentyabrın 9-da Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi şəhərin gələcək inkişafının uzunmüddətli və sistemli əsaslarla planlaşdırılması baxımından əhəmiyyətlidir. Baş plan müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış mühitinin və infrastrukturun formalaşdırılması üçün əsas yaradır. Şəhərdə ilk yaşayış məhəlləsinin tikintisi bu prosesin mühüm mərhələsidir. Onu da qeyd edək ki, bu gün Qubadlıda həyata keçirilən quruculuq işləri rayonun kəndlərini də əhatə edir. Mahruzlu kəndində birinci mərhələdə 190 evin, Zilanlı kəndində isə 159 evin tikintisi nəzərdə tutulub. Bu layihələr kənd həyatının bərpasına, ailələrin doğma yurdlarında məskunlaşmasına və ərazinin təsərrüfat imkanlarının yenidən reallaşdırılmasına xidmət edir. Qubadlının inkişafı şəhərlə kənd arasında tarazlığın qorunmasını, yaşayış məntəqələrinin bir-biri ilə əlaqələndirilməsini və yerli iqtisadiyyatın canlandırılmasını zəruri edir. İnfrastruktur layihələri bu inkişafın əsas dayaqlarını təşkil edir. 2021-ci il oktyabrın 25-də “Qubadlı” 110/35/10 kilovoltluq yarımstansiyasının açılması rayonun enerji təminatının yaxşılaşdırılması istiqamətində mühüm addım oldu. Elektrik verilişi xətlərinin və fiberoptik kabelin çəkilməsi isə ərazinin enerji və rabitə imkanlarını genişləndirdi. Bu sistemlər yalnız gündəlik yaşayış ehtiyaclarının ödənilməsi üçün deyil, gələcəkdə istehsalın, sahibkarlığın və xidmət sahələrinin inkişafı baxımından da əhəmiyyətlidir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Oktyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri