Icma.az
close
up
RU
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir

Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Yaxın Şərqin iki yaxşı silahlanmış dövləti arasında başlayan müharibənin qonşu ölkələrə sıçrayacağı ilə bağlı narahatlıqlar davam edir. Üstəlik, ABŞ-nın İranı bombalaması bu istiqamətdə narahatlıqları artırıb.
Reyting.az
-ın məlumatına görə, İsrail-İran müharibəsi milyonlarla insanı arzuolunmaz vəziyyətlə üzləşdirib. Qonşu ölkələr isə ehtiyat edirlər ki, etnik və siyasi cəhətdən fərqlənən İran və İsrailin mübarizəsi onları da əhatə edə bilər.
Xatırladaq ki, şənbə gecəsi Donald Trampın qərarı ilə ABŞ qüvvələri İrandakı üç nüvə obyektinə, o cümlədən dağın dərinliklərində qurulan Fordo nüvə zənginləşdirmə obyektinə zərbələr endirib.
Mütəxəssislərin fikrincə, bu addım İranı ABŞ-nın Yaxın Şərqdəki bazalarına və ya müttəfiqlərinə hücum etməyə və ya Yəməndəki Husilər kimi vəkil qüvvələrdən ticarət yollarını təxrib etmək və ya neft infrastrukturuna zərər vurmaq üçün istifadəyə sövq edə bilər.
“Biz Pandoranın qutusunu açırıq. İran ağ təslim bayrağını qaldırmayacaq”,- Con Hopkins Universitetinin şərqşünaslıq üzrə dosenti Narges Bacogli “New York Times”ə deyib.
Nəşr yazır ki, bu müharibə son illərdə Yaxın Şərqdə qüvvələr balansının nə qədər dəyişdiyini nümayiş etdirir.
Məlumata görə, çətin ki, bu yeni münaqişədə tərəflər mülki əhalinin öldürülməsinə və ya xəstəxanaların vurulmasına görə məsuliyyət daşısınlar. Çünki İsrail bunu dəfələrlə Qəzzada edib və İran ötən cümə axşamı İsrailə oxşar hücumlar həyata keçirib.
Hesabata görə, BMT-nin Təhlükəsizlik Şurasının bu müharibəni dayandırmaq üçün hərəkətə keçmək gözləntiləri azdır. Bunun əsas səbəbi ABŞ-nın müharibəni dayandırmaq üçün istənilən qərara demək olar ki, veto qoymasıdır.
Professor Bacoğlu deyib ki, yeni beynəlxalq eraya, yeni dünya nizamına qədəm qoyuruq. Bu isə müəyyən mənada həm də köhnə dünya nizamıdır: güc və cəngəllik qanunu. Amma 21-ci əsrin texnologiyası və silahları ilə.
İsrailin baş naziri Binyamin Netanyahu isə başlatdıqları hücumun geniş məqsədlərinin “regional transformasiya və rejim dəyişikliyi” olduğuna işarə edib: “Biz Yaxın Şərqin simasını dəyişirik və bu, İran daxilində əsaslı dəyişikliklərə səbəb ola bilər”.
Nəşr qeyd edir ki, müharibə Yaxın Şərqin qalan hissəsi üçün çox arzuolunmazdır. Digər hökumətlər dağıdıcı münaqişələri geridə qoymaq, yenidənqurma və iqtisadi inkişafa diqqət yetirmək istəyirlər.
“Bloomberg”-in Economics araşdırma qrupunun Yaxın Şərq üzrə baş analitiki Dina Esfandiari deyir ki, region liderlərinin müharibəyə reaksiyaları qarışıqdır:
“Region rəsmiləri İranın yüksək səviyyəli rütbəlilərinin bir-bir sıradan çıxarılmasından, onun etibarlı şəxsləri və liderlərinin hədəfə alınmasından sakitcə xoşbəxtdirlər. Onların nöqteyi-nəzərindən bu, regiondakı real təhlükələrdən birinin aradan qaldırılmasıdır. Ancaq onlar həm də İsrailin regionda daha böyük rol oynayacağından qorxurlar. Bu, çox güman ki, Birləşmiş Ştatlardan aldığı əhəmiyyətli hərbi və diplomatik dəstək faktı ilə bağlıdır. Bu, digər ölkələri belə bir sualla üz-üzə qoyur: İsrail bundan sonra hara dönəcək?”.

E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 İyun 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri