Yeni dünya möcüzəsi yaradırlar
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Niderland "yeni dünya möcüzəsi" adlanan layihələrini təqdim edib.
Reyting.az xəbər verir ki, Niderlandın "Shift" sosial təşəbbüs mərkəzi iqlim dəyişikliyinə xüsusi diqqət çəkmək məqsədilə yaradılan "yeni dünya möcüzəsi" üçün müsabiqənin qısa siyahısına düşən beş ən yaxşı layihəni açıqlayıb.
Yeni layihənin həyata keçirilməsi Rotterdama təxminən 240 milyon avroya başa gələcək.
Müsabiqədə məşhur "Heatherwick Studio" şirkəti ilə birlikdə "MVRDV", "Mecanoo", "Office for Political Innovation" və "Ecosistema Urbano" kimi şirkətlər iştirak edirlər. Təxminən 30 min kvadratmetr sahəsi olacaq kompleksdə immersiv məkan, otel, konfrans mərkəzi, eləcə də digər obyektlərin tikintidi nəzərdə tutulur. Mütəxəssislər bildiriblər ki, bu tikililərin çoxu şəhər sahilində yerləşən "Waterkant" adlı rayonda inşa oluna bilər.
Layihələrin arasında "MVRDV"nin bitkilərlə örtülü olan nəhəng daş yığınına bənzəyən konsepti ilə bərabər həm də "Heatherwick Studio"nun "mərcan rifindən ilhamlanan" altımərtəbəli ekosistem memarlığı ideyası xüsusi diqqət çəkir.
Müsabiqənin əsas qalibi yazın sonuna qədər elan olunacaq. Ümumiyyətlə, Niderland Krallığının "Shift" təşəbbüsünün uzunmüddətli məqsədi hər qitədə belə bir "ilhamverici möcüzə" tikməkdir.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:257
Bu xəbər 10 Mart 2026 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















