Avropanın 10 ölkəsi birləşir: yeni koalisiyası yaradırlar
Icma.az, Modern.az saytına istinadən bildirir.
Fransa, Ukrayna və daha səkkiz Avropa ölkəsi ballistik raket təhdidlərinə qarşı birgə müdafiə koalisiyasının yaradılmasına başladıqlarını elan edib.
Modern.az xəbər verir ki, bu barədə yayılanmış birgə bəyanatda bildirilir.
Yeni təşəbbüsün təsisçiləri Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç, Ukrayna və Böyük Britaniyadır. Bəyanata əsasən, koalisiya tamamilə müdafiə xarakteri daşıyacaq.
Sənəddə Avropa ölkələri ballistik raketlərdən qaynaqlanan təhlükənin artdığını və qitənin təhlükəsizliyi üçün raketdən müdafiə imkanlarının daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Bu məqsədlə “Flagship Project” adlı əsas layihə çərçivəsində ballistik raketlərə qarşı müdafiə qabiliyyətinin sürətlə inkişaf etdirilməsi planlaşdırılır.
Bəyanatda, həmçinin qeyd edilir ki, koalisiya üzvləri müdafiə sənayesini, elmi-tədqiqat potensialını və əməliyyat təcrübəsini bir araya gətirərək, Avropa üçün ortaq ballistik raketdən müdafiə imkanları formalaşdırmaq niyyətindədirlər.
Sənəddə Ukraynanın Rusiyanın hərbi əməliyyatları zamanı əldə etdiyi unikal müdafiə təcrübəsinin bu layihə üçün mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanır.
Koalisiya çərçivəsində ümumi əməliyyat tələblərinin hazırlanması, birgə texniki işçi qruplarının yaradılması, aydın idarəetmə mexanizmlərinin müəyyən edilməsi və ilk əməliyyat imkanlarına aparan yol xəritəsinin hazırlanması nəzərdə tutulur. Bundan əlavə, tərəflər birgə elmi-tədqiqat və inkişaf layihələrini dəstəkləməyi, maliyyələşdirmə imkanlarını araşdırmağı, həmçinin məlumat və informasiya mübadiləsini genişləndirməyi planlaşdırırlar.
Bəyanatda vurğulanır ki, koalisiya digər xalqlara qarşı deyil, üzv ölkələrin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Təşəbbüsün eyni prinsipləri və məqsədləri bölüşən digər dövlətlərin qoşulmasına da açıq olduğu qeyd edilir. (AzərTac)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 14 İyul 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















