Icma.az
close
up
RU
Yeni Dünya Nizamı: “dövlətlər geosiyasi dağıntıdan sığortalanmaq üçün yollar axtarır”

Yeni Dünya Nizamı: “dövlətlər geosiyasi dağıntıdan sığortalanmaq üçün yollar axtarır”

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni Dünya Nizamı anlayışı son illər tez-tez müzakirə olunur. Bu kontekstdə "Köhnə dünya nizamı"nın nə vaxt bitməsi sualı yaranır. Qlobal güc balansındakı dəyişikliklər, müharibələr, iqtisadi böhranlar və geosiyasi qarşıdurmalar yeni dünya düzəninin formalaşmasına necə təsir göstərir?

Bu suallara Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu ilə cavab tapmağa çalışdıq. Əli Zülfüqaroğlu Demokrat.az-a şərhində bildirdi ki, İkinci Dünya Müharibəsindən sonra qurulan dünya nizamının tam çöküş prosesinə qədəm qoyduğunu və artıq sona çatdığını söyləmək olar.

Onun fikrincə, geosiyasi böhran, müharibələr, iqtisadi təlatümlər də məhz bunun, yeni dünya nizamına keçidin nəticəsidir: “Məsələni anlamaq üçün tarixi proseslərə nəzər salmaq zəruridir. İkinci Dünya Müharibəsindən sonra dövlətlərin iqtisadiyyatı çökmüşdü və dövlətlər beynəlxalq banklardan asılı vəziyyətə düşmüşdü. Bundan istifadə edən beynəlxalq banklar öz şərtlərini diktə etdilər, mərkəzi bankların statusunu müəyyənləşdirdilər və sonrakı mərhələdə isə ABŞ dolları “funt sterlinq”i sıxışdırdı və dünyanın rezerv valyutasına çevrildi. Dövlətlər buna həm də ona görə asanlıqla razı oldular ki, çünki dollar qızıla indeksli, yəni güvənli idi. Bu sistem tədricən ABŞ və Avropada güclənməyə və siyasi hakimiyyətlərə yiyələnməyə başladı. Xüsusilə 1971-ci ildə qızıla indeksli dollar sistemi ləğv edildi, dolların rezerv valyuta olaraq qalmasını şərtləndirən petro-dollar sistemi quruldu. Yəni dolların dünya rezerv valyutası olaraq qalmasını təmin etmək üçün ABŞ neft və qazın dollarla satışına nail oldu. Bununla da FED istədiyi həcmdə dollar çap etmə fürsəti əldə etdi. Fransa başda olmaqla buna qarşı çıxan ölkələr və liderlər susduruldu. Nəticədə dünyada fərqli mənzərə formalaşdı və beləliklə də qlobal maliyyə oliqarxiyası ABŞ və Avropada siyasi idarəetməni təsir altına aldı. Bununla da dünya nizamı bu sistemin şərtləri əsasında şəkilləndirildi”.

Ekspert bu sistemin təbii olaraq çökdüyünü qeyd edib: “Çünki dünyanın real iqtisadiyyatı təqribən 110 trilyon, amma xarici borcu 320 trilyon dollara qədərdir. Dünyada dollar kütləsi dövlətlərin milli gəlirindən o qədər çoxdur ki, sürətli inflyasiya və ya hiperinflyasiyanın qarşısının alınması mümkünsüzdür. Bu da o deməkdir ki, petro-dollar sisteminin davam etməsi mümkün deyil, dünyada yeni rezerv valyutaların yaranacağı qaçılmazdır. Bir sıra ölkələrin mərkəzi banklarının sürətlə qızıl alması dolların aqibəti ilə bağlı real mənzərəni ortaya qoyur”.

Siyasi şərhçi bu prosesin ilk növbədə ABŞ-nin taleyini müəyyənləşdirəcəyini diqqətə çatdırıb: “Dollar rezerv valyuta olmadan ABŞ heç bir zaman supergüc ola və dünyanın bir nömrəli ordusuna sahib ola bilməz. Ona görə də Tramp çalışır ki, ABŞ-da sənaye güclənsin, Çindəki Amerika şirkətləri ABŞ-yə gəlsin. Problem ondan ibarətdir ki, Trampa qarşı əsas maneə elə FED-dir. Ona görə də Tramp istər dünyada, istərsə də ABŞ daxilində güclənmək və yüksələn Çinlə rəqabət aparmaq potensialını qorumaq üçün digər güclü dövlətlərlə, xüsusilə Rusiya və Türkiyə ilə hesablaşmağa məcburdur. Amerika qitəsi, Körfəz ölkələri və Avropa İttifaqı ABŞ iqtisadiyyatı üçün vazkeçilməzdir. Ona görə də bu gün Avropa İttifaqının müstəqil geosiyasi aktor olmaq cəhdləri, Kanadanın ABŞ-nin maraqlarına zidd siyasət yürütməsi və.s kimi amillər ABŞ üçün ciddi təhdid hesab olunur və Vaşinqton heç bir halda bununla barışmaq niyyətində deyil. Bu isə ABŞ-Avropa İttifaqı və ABŞ-Kanada münasibətlərində ziddiyyətləri dərinləşdirir. Nəticədə Qərb bloku və NATO-nun dağılma perspektivi güclənir. Bu isə dünyada fərqli proseslərin əsasını qoyur.

Ekspertin fikrincə, dövlətlər geosiyasi dağıntıdan sığortalanmaq və bundan az zərərlə çıxmaq üçün yollar axtarır, müxtəlif ittifaqlar, hərbi bloklar yaratmaq haqqında düşünür: “Ona görə də dünya daha ağır iqtisadi, siyasi böhranın, hərbi qarşıdurmaların astanasındadır və dünya əhalisini daha təhlükəli mərhələlər gözləyir. Təbii8 ki, yeni dünya nizamı bu mərhələ keçilmədən qurula bilməz, bu proseslər isə 3-5 ilə yekunlaşmayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Fevral 2026 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri