Icma.az
close
up
RU
Yeni dünya nizamı və Azərbaycan: İnkişaf etmiş ölkələr klubuna doğru Şərh

Yeni dünya nizamı və Azərbaycan: İnkişaf etmiş ölkələr klubuna doğru Şərh

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Biz öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq” - Azərbaycan televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir ölkəmizin həm regional, həm də beynəlxalq proseslərdə iştirak çəkisini tam müəyyən edir. Ötən illər ərzində iqtisadi imkanlarımızın artması, iqtisadi müstəqilliyin təmini, böyük təbii resurslara sahib olmağımız Azərbaycanı dünyada nüfuzlu tərəfdaş kimi tanıtmaqdadır. Dövlət başçısının son bəyanatı mövcud iqtisadi perspektivlər və potensialın tək bölgə deyil, həm də beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açdığını yüksək qiymətləndirməsindən irəli gəlir".

Bunu Ölkə.Az-a açqılamasında   deputat Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, 2022-ci ilin əvvəllərindən etibarən dünyada yeni düzənin formalaşdığını artıq hər kəs etiraf edir: "Rusiya-Ukrayna müharibəsi ilə uzun illərə söykənən iqtisadi əlaqələr sıradan çıxdı, qlobal və regional nəqliyyat-enerji marşrutları əvvəlki cəlbediciliyini itirdi və iqtisadi inkişaf perspektivləri geosiyasi maraqların arxasında yer almağa başladı. Başqa sözlə desək, supergüclər iqtisadi resurslarını siyasi ambisiyalarını reallaşdırmaq alətinə çevirdilər. Lakin hamımıza bəllidir ki, iqtisadiyyat fasiləsiz bir mexanizmdir və istənilən müdaxilə bu mexanizmin zədə almasına, dolayısı ilə, mövcud əməkdaşlıq mənzərəsinin dağılmasına səbəb olur. Yeni mexanizmlərin qısa müddətdə yaradılması isə olduqca çətin və mürəkkəbdir. Bu səbəbdən mütərəqqi qüvvələr dəyişən qlobal konfiqurasiyada daha az itkilərlə üzləşməkdən ötrü ən effektiv yollar və etibarlı tərəfdaşlar axtarmağa başlayıblar. Belə etibarlı partnyorlar sırasında Azərbaycan da yer alır. 

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində təsadüfən demədi ki, Azərbaycan bir tərəfdən Xəzər üzərindən Orta Asiyaya, digər tərəfdən isə Avropa və daha böyük coğrafiyaya uzanaraq faktiki, əvəzolunmaz ölkəyə çevrilir. Bu gün Orta Asiya və Qərb dünyasının birləşməsi Azərbaycansız mümkün deyil. Və əlbəttə ki, Prezidentin də söylədiyi kimi, yeni dünya nizamı formalaşarkən Azərbaycanın da mövqeyinin nəzərə alınacağı, ən azından, Cənubi Qafqaz və Xəzər hövzəsində ölkəmizin iştirakı olmadan hansısa geostrateji layihənin həyata keçməyəcəyi reallığına hazır olmalıyıq". 

Azərbaycanın inkişaf etmiş ölkələr klubuna doğru irəlilədiyini qeyd edən deputat bildirib ki, Azərbaycanın regional və qlobal iqtisadi proseslərdə rasional missiya yerinə yetirəcəyinə ən böyük təminatı indiki ölkə iqtisadiyyatının vəziyyəti verir: "2024-cü ildə Ümumi Daxili Məhsul istehsalında artım tempinin qorunub saxlanılması buna real sübut kimi göstərilə bilər. Azərbaycanda ÜDM istehsalının 4,1 faiz, qeyri-neft sektorunda 6,7 qeyri-neft sənaye sektorunda isə 7 faizdən çox artması iqtisadi tərəqqini səciyyələndirən faktorlar sırasındadır. Bununla yanaşı, Azərbaycan artıq Avropa İttifaqının mavi qaz idxal etdiyi ölkələr arasında da ilk 5-likdə yer alır. 

Sadalanan rəqəmlər 2024-cü ilin iqtisadi inkişaf baxımından uğurlu il olduğunu göstərir. Sevindirici hal həm də odur ki, son vaxtlar neft hasilatında müşahidə olunan tənəzzül fonunda qeyri-neft sektorunda yüksəlişin baş verməsi dövlət tərəfindən iqtisadi hədəflərin düzgün müəyyənləşdirildiyindən xəbər verir. Lakin tənəzzülün qısamüddətli olacağı və neft hasilatının sabit qalacağı birmənalıdır, üstəlik, Azərbaycan hökuməti neft hasilatının azalmasının ÜDM-ə mənfi təsir göstərməməsi üçün preventiv addımlar atır. Bir sözlə, ölkə iqtisadiyyatının inkişafının təməlində düşünülmüş siyasət dayanır. Uzun illər aparılan islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, sərmayələrin cəlbi, investisiya iqliminin yaxşılaşdırılması beynəlxalq aparıcı reytinq agentliklərinin də Azərbaycana olan münasibətində müsbət dəyişikliklərə səbəb olmaqdadır. 

Ölkə iqtisadiyyatının inkişaf göstəricilərindən biri də valyuta ehtiyatlarının artmasıdır. Prezident son müsahibəsində təkcə 2024-cü il ərzində valyuta ehtiyatlarının təqribən 5 milyard dollardan çox artdığını və hazırda ümumi məbləğin 72 milyard dollara bərabər olduğunu deməklə Azərbaycanın sürətlə inkişaf etmiş ölkələr klubuna doğru irəlilədiyinə işarə vurur. Çünki, adambaşına düşən valyuta ehtiyatlarına görə, Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır. Digər tərəfdən, Azərbaycan ÜDM-in xarici borca olan nisbətinə görə də lider dövlətlər cərgəsində yer alır – cəmi 7,2 faiz. Halbuki, əksər inkişaf etmiş ölkələrdə bu borc 100 faizlərlə ölçülür. Ölkəmizin valyuta ehtiyatları xarici borcu 14 dəfə üstələyir. Və hazırda qlobal miqyasda bu göstəricilərə sahib ölkə tapmaq faktiki, mümkün deyil". 

2025-ci ildə gözləntilərə gəldikdə deputat əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyası 2025-ci ildə də yüksək nəticələrə imza atılacağına şübhə yeri qoymur: "Cari ilin dövlət büdcəsinin rekord səviyyədə olması, büdcə xərclərinin 41 milyard manat, icmal büdcəsinin isə 48 milyard manatı ötməsi gələcəyə ümidlə baxmağa imkan verir. Azərbaycan yalnız daxili resurslar, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində pozitiv nəticələr əldə etmir, burada əlbəttə, daha vacib rol iqtisadi- maliyyə müstəqilliyinə aiddir. İqtisadi müstəillik isə siyasi müstəqilliyin əsasını təşkil edir. Hazırda planetar anlamda müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı azdır. Məsələn, Azərbaycandan 10 dəfə çox neft hasil edən ölkə - Kanada iqtisadi böhran yaşayır. 300 milyon ton neft hasil edən və 40 milyon əhaliyə sahib Kanada baş nazirinin istefa verməsi ölkə iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu göstərir. Analoji böhranları bu gün Avropa ölkələri, ilk növbədə, Almaniya və Fransa da yaşayır. Fransada ardıcıl şəkildə bir neçə baş nazirin istefa verməsi, Almaniyada isə Şolts hökumətinin məğlubiyyəti dünyanın ən güclü iqtisadiyyatları kimi təqdim olunan bu ölkələrin əslində, iqtisadi cəhətdən dayanıqlı olmadığını, hər hansı fors-major hadisənin fransızlar və almanlar üçün ciddi fəsadlara səbəb olduğunu göstərir".

O eyni zamanda bildirib ki, Azərbaycan isə iqtisadi inkişaf konsepsiyasını real rəqəmlər və mövcud iqtisadi resurslar əsasında qurur: "Dövlət büdcəsində qeyri-neft sektorunun payının 51 faizə çatması dayanıqlı inkişaf və makroiqtisadi göstəricilərin yaxşılaşdırılmasının mühüm şərtlərindən biri sayılmalıdır. Şübhəsiz, neft-qaz sektoru tək Azərbaycan deyil, qazıntı yanacağına sahib digər ölkələr üçün də aparıcı mövqeyini qoruyub saxlayacaq. Bu baxımdan Prezident İlham Əliyevin də son çıxışında dediyi kimi, Avropa ölkələrinə enerji ixracı məsələsində bərabərhüquqlu əməkdaşlıq və tərəflərin öz öhdəliklərinə əməl etməsi meyarları əsas götürüləcək. Çünki, qaz ixracını artırmağı xahiş edən Qərb ölkələri Azərbaycana qarşı absurd iddialar irəli sürür və yeni neft-qaz layihələrini maliyyələşdirməkdən boyun qaçırırlar. Bu isə, təbii, perspektiv enerji proqramlarının icrasına müəyyən problemlər yarada bilər. 

Azərbaycan dövlətinin cari il üçün əsas vəzifələri sırasında ərzaq təhlükəsizliyinin təmini, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsi də əhəmiyyətli yer tutur. Bu məqsədlə dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün böyük həcmdə vəsait nəzərdə tutulur. Bundan başqa, regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanması planlaşdırılır. Bütün bunlar Azərbaycan iqtisadiyyatının 2025-ci ildə də inkişaf dinamikasını qoruyub saxlayacağına və ölkəmizin nüfuzlu beynəlxalq iqtisadi aktor kimi tanınmasında əhəmiyyətli rol oynayacağına təminat verir".

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Yanvar 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri