Icma.az
close
up
RU
Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi

Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqlim dəyişikliyinə həsr olunmuş tədbirlərin ən mühümü hər il keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin Konfransı (COP) hesab edilir. Bu tədbirlər dünyanın gələcəyi üçün kritik qərarların qəbul edildiyi və siyasi, iqtisadi, ekoloji dialoqun mərkəzində duran platformadır. İqlim dəyişmələrinə qarşı mübarizənin başlanğıcı kimi dəyərləndirilən COP29 uğurla başa çatdı. Azərbaycanın qürurla ev sahibliyi etdiyi COP29 isə bundan öncəki konfranslardan qlobal əhəmiyyəti və əldə olunmuş nəticələr baxımından müsbət mənada xeyli fərqli oldu. “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu tarixi və qiyməti fikri iki həftə ərzində Bakıda keçirilən tədbirdə bir daha təsdiqini tapdı. COP29 sadəcə iqlim dəyişikliyi mövzusunda deyil, həm də Azərbaycanın beynəlxalq səviyyədə öz liderlik qabiliyyətini nümayiş etdirmək yolunda yeni tarixi bir addım oldu. Bakı dünya siyasətinin ən mürəkkəb problemlərin müzakirə olunduğu bir məkana çevrildi. Bu konfrans Azərbaycanın yalnız müşahidəçi deyil, qlobal çağırışlara cavab verən lider olduğunu bütün dünyaya nümayiş etdirdi. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. 80 dövlət və hökumət başçısının, 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyduq. Ötən ilin dekabrında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ilə hazırlıq işlərinə başlayan ölkəmiz tədbirin çox yüksək səviyyədə təşkili üçün qısa zamanda zəruri olan bütün işləri həyata keçirdi. Cənab İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, COP29 Azərbaycan xalqının böyük uğuru olacaq. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın bu günədək ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin yüksək səviyyədə dəyərləndirilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu, hər bir sahədə zəngin təcrübəyə malik olması, inkişafın Azərbaycan modelinin mövcudluğudur. Həmçinin uğurla başa çatan COP29 tədbiri dünya diplomatiya tarixinədə ölkəmizin adını yazdı. İki həftə dünyanın ekoloji mərkəzinə çevrilən Azərbaycan təkcə yaşıl enerjiyə keçid deyil, bütün sahələrdə malik olduğu imkanları təqdim etdi. Ölkəmiz üçün hər bir hədəf növbəti uğurlara doğru gedən yolun başlanğıcı kimi dəyərləndirilərək onun reallığa çevrilməsi istiqamətində bütün zəruri addımlar atılır. Qlobal dünyanı narahat edən iqlim böhranının aradan qaldırılmasında məhz yaşıl enerjidən istifadənin əhəmiyyətli rol oynadığını nəzərə alsaq, Azərbaycanın bu sahədə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfələri ilə diqqətdən kənarda qalmadığının şahidi olarıq. Ümumiyyətlə, ekoloji, iqtisadi və texnoloji amillərin birləşməsi yaşıl enerjiyə uğurlu keçidə imkan yaradır. COP29 çərçivəsində keçirilən görüşlərdə, aparılan müzakirələrdə ümumi qənaət bu oldu ki, ölkələrin çoxunun, xüsusən də inkişaf etməkdə olanların yaşıl enerjiyə keçidinə mane olan əsas faktorlardan biri məhz maliyyə, investisiya çatışmazlığıdır. Bu səbəbdən yaşıl enerji siyasəti yürüdən ölkələrin diqqət mərkəzində saxlamalı olduqları məqamlardan biri müvafiq sərmayələrin cəlb olunmasıdır.

Azərbaycan, iqlim böhranı ilə mübarizə aparan ölkələr arasında unikal bir mövqeyə malikdir. Neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq, ölkəmiz son illərdə alternative enerji mənbələrinə keçidi sürətləndirməkdə davam edir. COP29 zamanı təqdim olunan rəqəmlər və təşəbbüslər bunu bir daha sübut edir. Belə ki, “Yaşıl dünya naminə həmrəylik ili” kimi təsdiqlənmiş 2024-cü ilin sonuna qədər Azərbaycan enerji istehsalının 30 faizini bərpa olunan mənbələrdən təmin etməyi planlaşdırır. İqlim dəyişiklikləri ilə mübarizə üzrə 5 illik milli strategiya təsdiqlənib. Xəzər dənizi ətrafında 10 yeni külək elektrik stansiyasının tikintisi planlaşdırılır. Bütün bunlar Azərbaycanı təkcə öz daxilindəki və ya Cənubi Qafqaz regionundakı deyil, bütövlükdə bəşəri sayılan mövcud qlobal problemlərin həlli ətrafında beynəlxalq dialoqun mərkəzi oyunçusuna çevirib. Prezident İlham Əliyevin ekoloji təhlükələrə qarşı mübarizə ilə bağlı fikirlərində və bu tədbirdəki çıxışlarında iqlim məsələlərinə dair vurğulanan əsas məqamlar, beynəlxalq əməkdaşlığın vacibliyinin önə çəkilməsi bu sahədə dünyanın aparıcı mütəxəssisləri arasında geniş müzakirə mövzusudur.

Bakıda keçirilən tədbirdə iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparan yoxsul ölkələri dəstəkləmək üçün zəngin ölkələr tərəfindən hər il 300 milyard dollar vəsait ayrılması barədə razılıq əldə olunub. Həmçinin, Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) çərçivəsində COP-un İtki və Zərər Fondunun 2035-ci ilə qədər 1,3 trilyon dollar çatdırılması hədəf kimi götürülüb ki, bu da maliyyə konfransı kimi tarixə düşən COP29-un ən böyük nailiyyətidir. Beləliklə, iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə Azərbaycanın verdiyi töhfə ölkənin beynəlxalq nüfuzunu artırdı.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri