Icma.az
close
up
RU
Yeni dünya nizamında Azərbaycan Çin tərəfdaşlığı mühüm önəm kəsb edir

Yeni dünya nizamında Azərbaycan Çin tərəfdaşlığı mühüm önəm kəsb edir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın uğurlu siyasi kursu bu gün bir çox ölkələr üçün nümunəvi model kimi dəyərləndirilir. Bunun əsas səbəbi isə Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasət sahəsində həyata keçirdiyi düşünülmüş və praqmatik strategiyadır. Bu strategiya sülh, qarşılıqlı əməkdaşlıq və beynəlxalq hüquq prinsiplərinə əsaslanır.

Ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində fəal aktor kimi çıxış edir. Ölkəmiz öz milli maraqlarını qorumaqla yanaşı, qlobal siyasi arenaya uğurla inteqrasiya olunmaqdadır. Bu gün Azərbaycan regionda etibarlı tranzit və enerji təminatçısı, eyni zamanda iqtisadi tərəfdaş kimi böyük potensiala və artan siyasi nüfuza malikdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar enerji sahəsini də əhatə edir. Bu islahatlar davamlı inkişafı, regional əməkdaşlığı və beynəlxalq tərəfdaşlıqları təşviq edən konkret nəticələrlə müşayiət olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibəsində bir sıra mühüm siyasi və iqtisadi məsələlərə toxunmuşdur. Dövlət başçısı müsahibəsində bildirib ki, Azərbaycan və Çin arasındakı strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır.
Prezident İlham Əliyev qeyd etmişdir: “Birgə Bəyannamədə təsdiqlədik ki, biz bir-birimizin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərinə sadiq, müstəqil xarici siyasət yürüdən etibarlı tərəfdaşlarıq. Hesab edirəm ki, Astanadakı görüşümüz və qəbul olunan Birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərində yeni mərhələ açır”.
Dövlətimizin başçısı vurğulayıb ki, Birgə Bəyannamə Çin Xalq Respublikası ilə Azərbaycan arasında rəsmi strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyur. Cənab İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpini Azərbaycana səfərə dəvət etdiyini, həmçinin Çinə dövlət səfərinə dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib. Belə yüksək səviyyəli səfərlər dövlətlərarası münasibətlərin dərinləşməsinə və yeni imkanların yaranmasına təkan verir.
Azərbaycanın bir sıra aparıcı ölkələrlə enerji sahəsində qurduğu əməkdaşlıq əlaqələri ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində rolunu daha da artırır. Həm regional, həm də qlobal miqyasda ölkəmizin enerji sahəsində oynadığı mühüm rol aydın şəkildə özünü göstərir. Bu, dövlətimizin strateji mövqeyinin və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin bariz nəticəsidir.

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri