Icma.az
close
up
RU
Geosiyasi reallıqlar fonunda Almaniya Azərbaycan münasibətləri mühüm önəm kəsb edir Yeni Gündəm

Geosiyasi reallıqlar fonunda Almaniya Azərbaycan münasibətləri mühüm önəm kəsb edir Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də mətbuata verdiyi bəyanatlar iki ölkə münasibətlərində qurulan yeni körpünün başlanğıcı kimi qəbul edilməlidir. Dövlətimizin başçısı Azərbaycan-Almaniya münasibətlərinin yeni inkişaf dövriyyəsinə qədəm qoyduğunu bildirərək bu münasibətin iqtisadi, siyasi, humanitar tərəflərinə diqqət yönəltmişdir. Görüş zamanı Prezident İlham Əliyev bir çox mühüm beynəlxalq məsələlərlə bağlı Almaniya Prezidenti ilə fikir mübadiləsi aparmış, Azərbaycanın COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etməsi, Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi kimi aktual məqamlara toxunmuşdur. Həmçinin görüş zamanı Azərbaycan Prezidenti yenidən ciddi mesajlar vermişdir.

Ermənistanın sülh müqaviləsinin imzalaması ilə bağlı Azərbaycan tərəfindən müəyyən şərtlər irəli sürüldüyünü bildirən İlham Əliyev bununla həm Qarabağla bağlı Ermənistanın ərazi iddialarından əl çəkməli olmasının zəruriliyi məsələsini aktuallandırdı, həm də beynəlxlaq təşkilatların bu məsələdə heç nəyə yaramadığını bir daha gündəmə gətirdi. Qarabağ məsələsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin imza atdığı qələbənin izharını çatdırmaqla yanaşı, Azərbaycanın bu münaqişəni və beynəlxalq hüququ döyüş meydanında və siyasi müstəvidə həll etməsi ilə bağlı gerçəkliyin ifadəsidir.

“Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bir daha vurğuladı. Prezident Ştaynmayer bildirdi ki, bizim xalqımız etnik təmizləməyə məruz qalıb:  “Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır”.

Beləliklə, dövlətimizin başçısı bir daha Ermənistanın 30 il ərzində torpaqlarımızı işğal altında saxladığını və xalqımıza qarşı etnik təmizləmə apardığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Aydındır ki, Ermənistanın silahlı qüvvələrinin qeyd-şərtsiz işğal etdiyi torpaqlarımızdan çıxarılması ilə bağlı BMT qətnamələri olsa da, icra mexanizmi olmayıb. Beynəlxalq təşkilatlar və  ölkələr Ermənistanın işğalına göz yumublar. Nəticədə isə Azərbaycan Ordusu beynəlxalq ədaləti və hüquqi öz gücünə bərpa etdi. Bu müddət ərzində müəyyən beynəlxalq təşkilatlar Azərbaycanın haqq mübarizəsinə və torpaqlarının işğal altında qalmasına hüquqi-siyasi qiymət verməli idi. Ən azından hər şeyi hüquqi müstəvidə həll etdiyini vurğulayan Avropadan bunu gözləməyə haqqımız var idi. Hətta atəşkəsdən sonra bu münasibəti onlardan gözləyirdik. Lakin beynəlxalq təşkilatlar bu məsələyə ikili standartlardan yanaşdılar və Ermənistana havadarlıq etmək yolunu tutdular. Onlar xalqımıza qarşı olunan soyqırımı, terror hadisələrini, mülki əhali və körpələrin hədəfə alınmasını, eləcə də haqlı mübarizəmizi görməzdən gəldilər. Bu faktların heç birinə hüquqi və ya siyasi istiqamətdə qiymət verilmədi. Lakin 44 günlük Vətən müharibəsində qələbə qazanaraq tarixi və ilahi ədaləti bərpa etdik. Biz öz mübarizəmizlə, xalqımızın, hakimiyyətimizin qətiyyəti və birliyi ilə Zəfərə nail olduq. Hətta bugünlərdə 9-cu ildönümü olan Aprel döyüşləri də Zəfərimiz üçün zəmin oldu. Ən böyük gücümüzün elə özümüz olduğunu dünyaya göstərdik. 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasını gözlədik.

Təəssüf ki, erməni lobbisi və havadarları sülhə mane olaraq, işğalla barışmağımızı istədilər. Onlar torpaqlarımızın işğal altında olmasına və minlərlə soydaşımızın qaçqın düşməsinə qiymət verməkdən çəkindilər. Ona görə də Prezident İlham Əliyev hər zaman bu məsələləri xüsusi vurğulayaraq, reallıqları dünyanın diqqətinə çatdırır.

Dövlət başçısının qeyd etdiyi kimi, ikitərəfli münasibətlərin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əlbəttə ki, bu səfərin çox müsbət nəticələri olacaq, iki ölkə arasında daha uğurlu işlərə imza atılacaq, münasibətləri və dostluqları daha da gücləndirəcəkdir. Ermənilər, onlara havadarlıq edən beynəlxalq təşkilatlar isə cənab İlham Əliyevin mesajlarına ciddi yanaşmalı, öz üzərlərinə düşən missiyanı gerçəkləşdirmək üçün tələsməlidirlər.

Elnarə Akimova

YAP idarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 04 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri