YENİ EPİDEMİYA YAYILMAĞA BAŞLAYIB Peyvəndi və müalicəsi yoxdur
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Hindistanın Kəlkətə şəhəri yaxınlığında peyvəndi və ya müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Benqal əyalətində virusa yoluxmanın beş halı aşkar edilib. Bunlardan üçü bu həftə qeydə alınıb. Yoluxanlar arasında həkim, tibb bacısı və səhiyyə işçisi də var.
Yeni ildən dərhal sonra Kəlkətə yaxınlığındakı özəl xəstəxanada işləyən daha iki tibb bacısında virus aşkarlanıb. Hər ikisində yüksək qızdırma və nəfəs almaqda çətinlik yaranıb. Yoluxmuş qadınlardan biri komaya düşüb.
Hesab edilir ki, o, testlər aparılmazdan əvvəl vəfat edən bir xəstəni müalicə edərkən virusa yoluxub.
Nipah virusu yarasalar tərəfindən yayılan bir patogendir. Virus heyvanlardan insanlara ötürülə bilər və ağır formalarda ensefalit və tənəffüs yoluxucu xəstəliklərə səbəb ola bilər, bəzi hallarda ölüm nisbəti 80%-ə çatır.
Nipah virusu hər il Cənubi və Cənub-Şərqi Asiyanın müxtəlif bölgələrində baş verir və bu da xeyli ölümlə nəticələnir. 1998-ci ildə aşkarlandığı vaxtdan bəri təxminən 1000 insan yoluxub.
Baxış sayı:43
Bu xəbər 25 Yanvar 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















