Icma.az
close
up
RU
Yeni evlənənlərə şad xəbər: dövlət bu qədər pul verəcək

Yeni evlənənlərə şad xəbər: dövlət bu qədər pul verəcək

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Türkiyədə 2025 “Ailə ili” olduğu üçün həm evlənəcək, həm də uşaq sahibi olacaq cütlüklər üçün xüsusi dəstək ümumilikdə 545 min lirə (təxminən 26 min 135 manat) təşkil edir.

Publika.az xəbər verir ki, bundan başqa, 3 uşağı olanlar aylıq 6 min 500 TL (311 manat), 4 uşaq sahibi olanlar isə 11 min 500 TL (551 manat) ödəniş alacaqlar.

İlk uşaq üçün ödəniş (5 min TL) birdəfəlik olacaq. Sonrakı aylıq ödənişlər uşaqların 5 yaşına qədər davam edəcək.

Evlilik kreditindən 18-29 yaş arasında ailə quracaq və gəlir tələblərinə cavab verən gənclər faydalanacaq. 2025-ci ilin yanvarın 1-dən sonra doğulan bütün uşaqlar üçün ödənişlər ediləcək. Ödəniş üçün valideynlərdən biri Türkiyə vətəndaşı və ya Mavi Kart sahibi olmalıdır. Ödənişlər ananın hesabına həyata keçiriləcək.

İlk nikahından iki övladı olan ana 2025-ci il yanvarın 1-dən sonra yenidən ailə qurub uşaq dünyaya gətirərsə, 3-cü uşaq hesab olunacaq və ayda 5 min TL ödəniləcək. Eyni halda atanın birinci nikahından övladı varsa, ödənişlər anaya edildiyi üçün bunlar nəzərə alınmayacaq. Doğum müavinəti övladlığa götürənlər üçün də keçərli olacaq.

Evlənəcək gənclərə 150 ​​min lirə kredit veriləcək. Bu pul iki il güzəştli dövr və 48 ay ödəmə ilə faizsiz geri alınacaq. Yəni borcalanlar ayda cəmi 3125 TL ödəyəcəklər.

Yeni evlənən cütlük ilk olaraq 150 min lirə alacaq. Daha sonra birinci uşağa 5 min lirə, ikinci uşağa 90 min lirə, üçüncü uşağa 300 min lirə veriləcək. Ümumi rəqəm üç uşaq üçün ən azı 545 min lirə olacaq.

Aysel Şahmar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://publika.az
archiveBu xəbər 16 Yanvar 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri