Icma.az
close
up
RU
Yeni geopolitik konfiqurasiya və Azərbaycan

Yeni geopolitik konfiqurasiya və Azərbaycan

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak PKK-nın silahı yerə qoymasını "mühüm hadisə" adlandırıb. O deyib: “ABŞ-ın PKK/YPG-yə bir dövlət daxilində öz müstəqil idarə edə biləcəkləri dövləti yaratmaqda köməklik göstərməyə borcu yoxdur”.

Bu, Türkiyənin çoxdan gözlədiyi bir bəyanatdır. Amma bəyanat olaraq qalmasa. İndiyə qədər ABŞ Türkiyənin bu həssaslığını nəzərə almırdı. Ancaq Suriyada hakimiyyət dəyişikliyindən sonra bölgədə çox şey dəyişib. Artıq Yaxın Şərq yenidən şəkilləndirilir. Təkcə Yaxın Şərq deyil, elə Orta Şərq də. ABŞ bu bölgələrdə öz mövqelərini möhkəmləndirir. Xüsusilə, İsraillə birlikdə "İbrahim müqaviləsi" üzərindən yeni bir siyasi alyans qurulur. İsrail mediasının yazdığına görə, bu konfiqurasiyada Suriya ilə, Azərbaycanla yanaşı Ermənistan da var. Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəaranın Azərbaycana səfəri də bunu deyir. Yenə İsrail mediasının verdiyi məlumatlara görə, Suriya prezidenti Bakıda İsrail rəsmiləri ilə danışıqlar aparıb. Bundan əvvəl Bakı Türkiyə-İsrail danışıqlarına da ev sahibliyi etmişdi. Yeni geopolitik konfiqurasiyanın mərkəzində yer almaq üçün çox ciddi rəqabət gedir. Bu, daha çox Türkiyə ilə İsrail arasında müşahidə olunur. Suriyadakı hakimiyyət dəyişikliyindən sonra Yaxın Şərqdə Ankaranın əlini gücləndirib. Bura PKK-nın tərksilah qərarını da əlavə etsək, mənzərə tam aydın olur. Eyni zamanda İsrail ABŞ-ın dəstəyi ilə İranı zəiflətdikdən sonra Təl-Əvivin də imkanları artıb. Eyni zamanda İsrail artıq bir neçə ərəb ölkəsi ilə "İbrahim müqavilələri" imzalayıb. Eyni zamanda başqa ərəb ölkələri ilə - Livan, Suriya və Fələstin ilə münasibətləri hərbi yolla "aydınlaşdırır".

Azərbaycan burada çox maraqlı bir rola sahibdir: həm İsraillə, həm Türkiyə ilə müttəfiqdir. İranla münasibətləri öz tarazlığında saxlamağı bacarır. Qarşı duran geipolitik aktorlar arasında tarazlaşdırıcı, hətta bəzi hallarda barışdırıcı və uzlaşdırıcı missiyanı öz üzərinə götürə bilir.

Bununla yanaşı Azərbaycan öz enerji ixracı xəritəsini də uğurla güncəlləyir; Yaxın Şərqə doğru yönəlir- yeni bazarlara çıxış əldə edir. Azərbaycan Uzaq Şərqlə Uzaq Qərbi birləşdirən qovşağa çevrilmək üçün ciddi diplomatik səylər göstərir. Bu arada Zəngəzur dəhlizinin önəmi xeyli artıb. Zəngəzur Ermənistan ərazisi olsa da, layihənin əsas sahibi kimi Azərbaycan önə çıxır. Artıq oyuna ABŞ qoşulub; səfir Tom Barak deyib ki, Vaşinqton Zəngəzur dəhlizinə nəzarətin 100 il müddətinə ona verilməsi barədə təklif irəli sürüb. Bu, artıq bölgəciddi gündəlik yaradır. O cümlədən, Azərbaycanla Ermənistan arasında, Türkiyə ilə Azərbaycan arasında, Türkiyə ilə Ermənistan arasında. Bu kontekstdə Rusiya Cənubi Qafqazda daha da aqressivləşir. Çünki Sruriyadan sonra PKK-nın tərksilah olunması Türkiyənin bölgədə əl-qolunu açır. Rusiya da, elə İran özü də bundan çox narahatdır. Həmçinin Fransa-Almaniya mərkəzli Avropanın özü də. Yaxın Şərqdə sərhədlərin yenidən cızılmasında və Türkiyə, İran, İraq, Suriya əraziləri hesabına yeni bir dövlətin - Kürdüstanın yaradılmasında maraqlı olanlar çox idi. Xüsusilə Avropada. Rusiya-Ukrayna müharibəsi, Suriyada Türkiyəyə yaxın hakimiyyətin qurulması, Ankaranın İraq hökuməti ilə, eləcə də, İraq Kürd Muxtariyyətinin rəhbərləri ilə diı tapması, ABŞ-da Donald Tramp dövrünün başlaması bu planlara ciddi zərbə vurdu. Türkiyə də başda olmaqla bölgə dövlətlərinin "İbrahim müqaviləsi"nə qoşulma ethtimalı müstəqil Kürdüstan proyektini əngəlləyir. Bu, apriori olaraq Azərbaycanın güclənməsinə yol açır və öz subregionunda -Cənubi Qafqazda həlledici söz sahibinə çevirir. Təbii ki, Rusiya bunu istəmir. Ona görə də müxtəlif bəhanələrlə Azərbaycana təzyiqləri artıracağı istisna deyil. Ancaq Azərbaycan özünün ən zəif vaxtında da Rusiyanın təzyiqlırinə dözüb. Həm də təkcə Rusiyanın deyil, Qərbin də, İranın da təzyiqlərinə tab gətirib. Buna səbəb millətin öz dövlətinə bağlılığından və gerçək dəstəyindən gəlib. Bundan sonra da belə olacağı şübhəsizdir.

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 İyul 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri