“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Müstəqilliyin bərpasından sonra Azərbaycan öz məhkəmə sistemini demokratiya, qanunçuluq və ədalət prinsipləri əsasında qurmağa başlayıb”
“Qafqazinfo” xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının açılış mərasimində çıxışı zamanı deyib.
İ. Kərimov toplantının bu il ölkəmizdə keçirilməsini Azərbaycan üçün mühüm hadisə kimi qiymətləndirib:
“Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya hazırlandı və qəbul olundu. Həmin sənəddə hakimiyyət bölgüsü, qanunun aliliyi, insan ləyaqətinin təmin edilməsi və məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipləri təsbit edildi. Bu təməl Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlarla daha da möhkəmləndirilib. Onun qətiyyətli səyləri nəticəsində ədalətin təşkili dövlətin ən dinamik dayaqlarından birinə çevrilib.
Bu il biz Konstitusiyamızın 30 illiyini və ərazi bütövlüyümüzün bərpasının 5 illiyini qeyd edirik. Bu, bir daha xatırladır ki, ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin və millət olaraq birliyimizin əsasını təşkil edir”.
Sədr qeyd edib ki, bu gün dünyada ədalət mühakiməsi heç vaxt olmadığı qədər əməkdaşlıq tələb edir:
“Yalnız səylərimizi birləşdirərək, bütün sərhədləri aşmaqla bu amallara töhfə verə bilərik. Əməkdaşlıq qlobal məhkəmə sisteminin əsasını təşkil etməlidir”, – İ.Kərimov əlavə edib.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 12 Oktyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















