Icma.az
close
up
RU
Yeni geosiyasi reallıq prosesləri yönləndirən Bakı Şərh

Yeni geosiyasi reallıq prosesləri yönləndirən Bakı Şərh

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 “Azərbaycanın Mərkəzi Asiya Məşvərət Məclisinə qoşulması həm geosiyasi, həm də geoiqtisadi baxımdan tarixi əhəmiyyətə malik addımdır. Bu qərarı Azərbaycanın bölgədə yaratdığı növbəti yeni reallıq kimi qiymətləndirmək olar. 8 avqust Vaşinqton anlaşmasının məntiqi davamı olan bu proses Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və regional sabitliyin möhkəmlənməsinə xidmət edir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
O bildirib ki, bu gün Mərkəzi Asiya və Cənubi Qafqaz Avrasiyanın iki mühüm geosiyasi mərkəzi kimi bir-birinə daha sıx bağlanır, qlobal miqyasda ortaq səsə çevrilir və vahid geosiyasi-geoiqtisadi məkan kimi formalaşır: “Bu yeni birlik Avrasiyanın mərkəzində əməkdaşlığın, inkişafın və qarşılıqlı faydalılığın nümunəsinə çevrilməkdədir”.
 Onun fikrincə, yeni strateji xətt Rusiya və Çin təsirindən çıxaraq daha geniş coğrafiyaya açılan yoldur:

“Region ölkələrinin, o cümlədən Azərbaycanın Mərkəzi Asiya formullarında fəallığının artması onların yalnız Rusiya və Çin təsir dairəsinə bağlı qalmadığını göstərir. Yeni geosiyasi istiqamət ölkələrə-Avropa bazarlarına daha geniş və təhlükəsiz çıxış; Afrika iqtisadiyyatlarına inteqrasiya imkanları; Şərq–Qərb logistik xəttində möhkəmlənən mövqe; tranzitdən və enerji layihələrindən daha böyük pay qazanmaq imkanı yaradır.

Bu baxımdan, Məşvərət Məclisi artıq sadəcə regional dialoq formatı deyil, həm də Avrasiya məkanında güc balansını yenidən müəyyənləşdirən strateji platformadır”.
Sabiq deputat hesab edir ki, bu Azərbaycan üçün yeni mərhələdir və orta güc  kimi çıxış etməsinə yeni imkanlar açır: “Azərbaycanın bu prosesdə iştirakı ölkənin “orta güc”  kimi formalaşması istiqamətində mühüm mərhələdir. Yeni reallıq Bakının həm qlobal, həm də regional siyasətdə rolunu daha da gücləndirir. Bu çərçivədə Azərbaycan regional sülhün təminatçısı kimi nüfuzunu artırır, təhlükəsizlik arxitekturasının qurulmasında aparıcı aktora çevrilir,enerji, nəqliyyat və logistika layihələrinin mərkəzində yer alır, iqtisadi diplomatiyasını daha böyük coğrafiyaya inteqrasiya edir, Mərkəzi Asiya–Cənubi Qafqaz xəttinin əsas birləşdirici gücünə çevrilir.

Bu mərhələ Azərbaycana əməkdaşlığın qarşılıqlı faydalılığa əsaslanan yeni hədəflərinə nail olmaq üçün geniş imkan yaradır.

Azərbaycanın Məşvərət Məclisinə qoşulması yalnız diplomatik təşəbbüs deyil, eyni zamanda Avrasiyada yaranan yeni geosiyasi düzənin mühüm elementidir. Bu addım Cənubi Qafqazda sülhü və sabitliyi möhkəmləndirir, Mərkəzi Asiya ilə Azərbaycan arasında strateji körpü yaradır, regionların qlobal iqtisadi sistemdə nüfuzunu artırır, Avropa və Afrika bazarlarına çıxışı daha geniş və təhlükəsiz edir, Avrasiyanın çoxqütblü yeni geosiyasi modelinin əsasını qoyur.
Yeni mərhələdə Azərbaycan yalnız iştirakçı deyil-proseslərin yönləndiricisi, təşəbbüskarı və regionlararası inteqrasiyanın aparıcı gücüdür. Bu da nəticə etibarı  ilə yeni Avrasiya reallığını formalaşdırır”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Noyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see275

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see211

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see194

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see184

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see151

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see147

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see142

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri