Icma.az
close
up
RU
Yeni geosiyasi reallıq

Yeni geosiyasi reallıq

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan ictimaiyyəti növbəti dəfə ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirə şahidlik etdi. Bəli, artıq bu cür ifadələrə alışmışıq və bəzən alışdığımız üçün də beynəlxalq əhəmiyyətli tədbirlərin əsl dəyərini görə bilmirik. İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Artıq bir neçə gündür ki, tədbir tarixə çevrilib, ancaq qlobal informasiya məkanında bu Zirvə görüşü hələ də öz aktuallığının qorunmasına müvəffəq olub. Görünən odur ki, tədbir kimlərisə çox narahat edib. “Oyundan kənar” qalmaq qorxusu bəzilərini təşvişə salıb. Məhz buna görə də internet məkanında müxtəlif məzmunlu mülahizələrlə rastlaşmaq mümkündür. Əlbəttə ki, mülahizələrin böyük bir hissəsi sifariş xarakterlidir. Diqqətçəkən məqam odur ki, tədbir haqqında ölkənin xaricində danışanların sayı daha çoxdur, nəinki ölkənin daxilində.

Bu fikirlər AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil söyləyib.

O bildirib ki, informasiya siyasəti kontekstində belə miqyasda tədbirlərin işıqlandırılması prosesinə, sadəcə, birgünlük hadisə kimi yanaşmanın tətbiqi doğru hesab oluna bilməz. Bu cür tədbirlərin regionda formalaşan yeni siyasi reallığın bilavasitə davamı kimi təqdim edilməsi prinsipial olaraq zəruridir. 44 günlük müharibədə qazandığımız tarixi Qələbədən dərhal sonra Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan xalqı regionda yeni siyasi reallıq yaratdı və dünya ictimaiyyəti bununla hesablaşmalıdır. Zaman keçdikcə və mərhələli şəkildə icra olunan müxtəlif layihələrə şahidlik etdikcə biz dövlətimizin başçısının bəhs etdiyi yeni reallığın konturlarını tədricən daha aydın görməyə başlayırıq.

Bir azərbaycanlı olaraq Prezident İlham Əliyevin sözügedən tədbirin rəsmi açılış mərasimində səsləndirdiyi: “İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” – sözlərini eşidən zaman qürur hissləri yaşamamaq mümkünsüzdür. “Qədim Azərbaycan torpağı olan Qarabağ, Xankəndi” – bu ifadə bir ömrə bərabərdir və bu gün bu sözlər bizə yaşatdırdığı qürur hisslərini biz mütləq olaraq gələcək nəsillərə də çatdırmalıyıq. “Qarabağ Azərbaycandır” ifadəsinin çox böyük qiyməti var, onun hesabını Azərbaycan xalqı həm döyüş meydanında, həm siyasi müstəvidə mübarizə apararaq verib.

“İşğaldan azad olunmuş ərazilərdə bu gün Böyük Qayıdış proqramlarının icrası nəticəsində görülmüş işlərin miqyasını və yaranan möhtəşəm mənzərələri görən zaman biz erməni vandalizminin fəsadlarını, 30 il davam edən “köçkünlük” dövrünü unutmamalıyıq. Ötən müddət ərzində ölkəmizə qarşı sərgilənən ədalətsizlik və tətbiq olunan “ikili standartlar” siyasətini də heç zaman yaddan çıxara bilmərik. Bütün bunlarla uzun illər ərzində əzmkarlıq və səbirlə mübarizə aparan Azərbaycan xalqı öz Qələbəsi nəticəsində yeni reallığı yaratdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin “Qələbənin nəticəsində biz dünya miqyasında çox böyük layları tərpətdik” ifadəsi dünya mətbuatında uzun müddət müzakirə olundu. Onu da ehtimal edə bilərik ki, dövlətimizin başçısının bəhs etdiyi “laylar” artıq hərəkətə keçib. Bu mənada vaxtaşırı müxtəlif informasiya təxribatları ilə rastlaşmağımız heç də təsadüfi deyil.

İşğal nəticəsində xarabalığa çevrilmiş ərazilər qısa müddət ərzində bərpa olunandan sonra Qarabağ artıq möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dövlət başçılarının müxtəlif toplantıları təşkil olunur və oradan dünya üçün mühüm bəyanatlar verilir. Şahidlik etdiyimiz bu möhtəşəm mənzərələr möcüzənin nəticəsi deyil. Onlar məhz peşəkar siyasətin, dönməz iradənin, gərgin mübarizənin və əzmkarlığın bəhrəsidir. Bu cür nəticələri etiraf etməyənlərin azərbaycanlı olmalarına şübhə ilə yanaşmamaq mümkün deyil. Ucuz və populist demaqogiyalar isə yalnız xainlik kimi dəyərləndirilə bilər”,- deyə politoloq vurğulayıb.

O, əminliklə qeyd edib ki, tarixi Qələbəmiz ölkəmizdə yaşanan birliyin və həmrəyliyin “möhürüdür”. Çünki bu birlik və həmrəylik artıq dönməzdir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq prosesində ölkənin siyasi partiyaları fəal şəkildə iştirak edir. Birliyə, əməkdaşlığa və həmrəyliyə qarşı çıxış edən radikal təfəkkür sahibləri isə xəstə ambisiyalarda boğularaq siyasi münasibətlərin küncünə sıxılıb və öz “əcnəbinskiy” kuratorlarından növbəti tapşırıqları gözləyirlər.

Odur ki, iyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü kimi tədbirlər, əslində, bütün qərəzli yanaşma və təxribatlara verilmiş növbəti cavabdır. İlk növbədə, biz özümüz və daha sonra bütün dünya ictimaiyyəti yeni güc mərkəzinin yaranması prosesinə şahidlik edir. Azərbaycan öz Qələbəsi və təşəbbüsləri ilə beynəlxalq münasibətlər sistemində uzun illər ərzində daşdanmış stereotipləri aradan qaldırır və yeni qlobal layihələrə qapı açır. Sözügedən tədbir zamanı bir neçə ölkə rəhbərinin birgə çəkdirdiyi səmimi fotoların, sadəcə, ünvanlı mesaj kimi qəbul edilməsi olduqca dar və məhdud yanaşmadır. Sözügedən mənzərələr müasir beynəlxalq münasibətlər sisteminin format olmasının ilk işarələridir. Bu cür açıq mesajlar ondan xəbər verir ki, beynəlxalq münasibətlər sisteminin yenidən formatlanmasının səbəb və metodları müharibə və münaqişələr yox, məhz milli maraqlar naminə dövlətlərarası bərabərhüquqlu əməkdaşlıq olmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri