Icma.az
close
up
RU
Yeni güzəştlər gəlir: Müəllim ac olarsa, yaxşı tədris edə bilməz

Yeni güzəştlər gəlir: Müəllim ac olarsa, yaxşı tədris edə bilməz

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Müəllimlərin əməkhaqqından vergi tutulmamalıdır”.

Bunu təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edib ki, müəllimlərin əməkhaqqından vergi tutulmaması təhsilin inkişafı, onların sosial rifahının yaxşılaşdırılması və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir. 

Ekspertin fikrincə, vergi yükünün azaldılması müəllimlərin işə daha çox diqqət ayırmasına, peşəkar inkişaflarına investisiya etmələrinə və təhsilin keyfiyyətini artırmalarına imkan verər. 

Vergi güzəştləri tətbiq edildikdə müəllimlərin digər sektorlara axını azalır və təhsildə kadr çatışmazlığının qarşısı alınır: 

“Bu güzəştlər gənc müəllimlər üçün də təhsildə qalmaq üçün cəlbedici bir mühit yaradar. Müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması onların təlim resurslarına daha çox sərmayə qoymasına imkan verər. Beləliklə, peşəkarlıq artır, müxtəlif kurslar və təlimlərə qatılaraq daha keyfiyyətli tədris verə bilirlər. Bu, birbaşa təhsilin keyfiyyətinə təsir edir və gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə səbəb olar”. 

Qeyd edək ki, müəllimlər sosial ev layihəsindən yararlana bilirlər, güzəştli kartların verilməsi nəzərdə tutulur, indi də vergi güzəştləri ilə bağlı təklif gündəmdədir. Bütün bunlar məktəblərdə təhsilin keyfiyyətinə təsir edirmi və ya edəcəkmi? 

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu "Cebheinfo.az"-a bildirib ki, o, müəllimlərə vergi güzəştlərinin tətbiqinə başqa aspektdən yanaşır: 

"Verginin də öz təyinatı var. Müəllimlərdən tutulan vergilər müəyyən xərclərə sərf olunur. Bu baxımdan, mən müəllimlərdən vergi tutulmasının ləğv olunmasının tərəfdarı yox, onlara xüsusi güzəştlərin tərəfdarıyam. Məsələn, müəllimlərin uğurlarına, müəyyən fəaliyyətinə görə sertifikasiyada yüksək bal toplayanlara fərqli əməkhaqqı verildiyi kimi bir yanaşma ola bilər. Beləliklə, verginin ləğv olunması yox, maaşda müəyyən fərqli hesablanma tətbiq oluna bilər”. 

Ekspert müəllimlər üçün müəyyən güzəştlər, sosial mənzil məsələsini xatırladıb:

“Əməkdar müəllim adını alanlara müəyyən qədər vəsait ödənilir, həmçinin "tələbə+"kartları artıq müəllimlərə də veriləcək. Onlar müəyyən kafe-restoranlarda, yaxud gələcəkdə nəqliyyatda, eləcə də muzeylərdə həmin kartlarla müəyyən güzəştlər əldə edəcəklər.

Əgər müəllim ac olarsa, yaxşı tədris edə bilməz, müəllim tox olmalıdır ki, onun tədrisi də yüksək olsun. Əks halda, yüksək keyfiyyətli tədris qeyri-mümkündür. Bu da ümumi təhsilimizin inkişafına öz təsirini göstərir". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri