Icma.az
close
up
RU
Yeni hədəflərə doğru irəliləmək zamanıdır

Yeni hədəflərə doğru irəliləmək zamanıdır

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın bugünkü yüksəlişə və inkişafa nail olması Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşıb. Dəyişən qlobal və regional reallıqlar şəraitində bütün sahələr üzrə sistemli genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanı sürətlə inkişaf edən dövlətə çevirdi.

Geridə qoyduğumuz ildə ölkəmiz həm regional, həm də beynəlxalq müstəvidə mühüm uğurlar əldə etmiş, xarici siyasət kursunda - diplomatik cəbhədə, danışıqlar masasında əsaslı üstünlüklər qazanmışdı. 2024-ci il Azərbaycanı bütün dünya ölkələri üçün yaxın, etibarlı tərəfdaş, sözü imzası qədər dürüst və dəyərli olan dövlət kimi xarakterizə etdi.

Cari ilin 7 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısının müsahibəsi bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.

Ölkə başçımız çıxışında Azərbaycan vətəndaşlarını maraqlandıran bütün məsələlərə aydınlıq gətirməklə öz münasibətini bildirdi, eləcə də Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirən və ölkəmizə qarşı təxribat və qərəzli mövqe tutan dövlətlərə, xüsusən Ermənistan və ona havadarlıq edən dövlətlərə önəmli mesajlar ünvanladı.

Yerli telekanallara müsahibəsində ölkəmizin iqtisadi göstəriciləri ilə bağlı görülən işlərdən danışan dövlət başçısı aparılan ardıcıl iqtisadi islahatların, qeyri-neft sektorunun inkişafı, müasir texnoloji yeniliklərə əsaslanan sənaye müəssisələrinin yaradılması istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini bildirib. Ölkə başçısı qeyd etdi ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək.

Dövlətimizin başçısı müsahibəsində onu da vurğuladı ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət ölkəmizə körpülər qurmaqda yardımçı olacaq. Bu reallıq da diqqətə çatdırıldı ki, COP-a ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. “Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu”- söyləyən Prezident İlham Əliyev səksən dövlət və hökumət başçısının Bakıya səfərini Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinin nümayişi kimi qeyd etdi.

Ötən ilin mühüm diplomatik uğurlarından biri kimi Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi də ölkəmizin iqtisadi potensialının, artan siyasi çəkisinin təqdimatı oldu. Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələri təqdir edildi. Dövlətimizin başçısı bu reallığı da xüsusi qeyd etdi ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq.

Prezident İlham Əliyevin müsahibəsində vurğuladı ki, Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Azərbaycan sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilməz. Bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, Azərbaycan bu imkanları verməyəcək.

Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Müqayisə üçün qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərclənəcək. Ermənistanın silahlanma yarışı maliyyə resurslarımızı hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ermənistan silahlanma yarışında ölkəmizlə rəqabət apara bilməz.

Ölkə Prezidenti müsahibəsində Ermənistana və havadarlarına bir daha çağırışı etdi ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Azərbaycana qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. Əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq.

Fidan HÜSEYNOVA

YAP Quba rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri