Icma.az
close
up
RU
Yeni hədəflərə doğru

Yeni hədəflərə doğru

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri son dərəcə böyük, çoxşaxəli və misilsizdir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin banisi, memarı və qurucusudur. Məhz Heydər Əliyevin siyasi dühası, sarsılmaz iradəsi, tükənməz enerjisi, təcrübəsi, xarizması və sair bu kimi əsl dövlət xadiminə xas keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və vətəninə olan sonsuz sevgisi sayəsində müstəqil Azərbaycan dövləti yenidən qurulmuş, inkişaf etmiş və əbədi yaşaması üçün bütün sahələr üzrə möhkəm təməllər qoyulmuşdur. Dövlətimiz və xalqımız qarşısındakı müstəsna xidmətləri dünyaşöhrətli siyasətçi böyük Heydər Əliyevə əbədi xalq məhəbbəti və dünya azərbaycanlılarının Ümummilli Lideri adını qazandırmışdır. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək, yeni tariximizi yazmışdır. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və şanlı səhifələrindəndir. Heydər Əliyev özünün həyatı və şərəfli fəaliyyəti dövründə xalqına arxalandığı kimi, xalq da öz taleyini ona etibar etmiş, böyük Öndərinə arxalanmışdır. Bu inamın, etibarın nəticəsidir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra da ən ağır günlərində xalqımızın gözü yalnız onu axtarmış, ona pənah aparmışdır. Böhranlı, ağır zamanda xalqının səsinə dərhal səs vermiş, ölkəni, onun müstəqilliyini qorumuş, Azərbaycanı stabil və inkişaf edən dövlətə çevirmişdir. Hər zaman doğma xalqına arxalanan Heydər Əliyev deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Ulu Öndər milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmış böyük şəxsiyyətdir. Ümummilli Liderimiz Heydər Əliyev çıxışlarında deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”. Müstəqil dövlətçilik salnaməmizdə xüsusilə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bu gün dünyada Azərbaycan dövlətinin rəmzi kimi qəbul edilir. Hər kəs yaxşı bilir ki, böyük Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir.

Xoşbəxt o xalqdır ki, vətənə sonsuz sevgisi, xalqa dərin ehtiramı, dövlətə tükənməz sədaqəti ilə nümunə olan, əqli, iti zəkası, dühası və fitri istedadı ilə dünyada şöhrət qazanmış, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi naminə mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Ümummilli Lider Heydər Əliyev məhz belə şəxsiyyət kimi Azərbaycanın dahi rəhbəri olmuşdur. Ulu Öndər Heydər Əliyev fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazmış dahi şəxsiyyətdir.

Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” – fikri bu gün artıq həqiqətə çevrilməkdə, iqtisadi, siyasi, sosial və hüquqi sistemdə aparılan islahatlar öz bəhrəsini verməkdədir. Ulu Öndər Heydər Əliyevin inkişaf və tərəqqi konsepsiyasını məharətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dayanıqlı və dinamik iqtisadi inkişafı ilə dünya birliyində öz layiqli yerini tutmuş, sözün həqiqi mənasında sıçrayışlı sosial-iqtisadi yüksəliş əldə olunmuşdur. Azərbaycan adlı dövlətin varlığını bizim ən böyük tarixi sərvətimiz, bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyət hesab edən Heydər Əliyev inkişafımızın memarı, müstəqillik konsepsiyasının müəllifidir. “Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı – Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fikirləri Ulu Öndərin dövlətimizə, dövlətçiliyimizə və xalqımıza təmənnasız xidmətinin ən gözəl ifadəsidir.

Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Xalq ən ağır günlərini yaşadığı bir zamanda sevimli oğlunu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı. Lakin onun birinci hakimiyyəti dövründəki abad Azərbaycandan heç nə qalmamışdı. Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı xalqın milli dövlətçiliyinə və sabahkı gününə inamını özünə qaytardı, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhran aradan qaldırıldı, Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısı alındı, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və vətəndaş sülhü təmin edildi, ən başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyi qorunub saxlanıldı.

“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün xalqımız öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur. Bütün bu kimi əhəmiyyətli amillər isə həm də o deməkdir ki, müqəddəs, sarsılmaz və qüdrətli dövlətimiz etibarlı əllərdədir.

Heydər Əliyevin bu müdrik kəlamları möhtəşəm siyasi uzaqgörənlik nümunəsinə çevrildi. İlham Əliyev onun bütün ümidlərini doğrultdu. 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın azad edilməsi bu fikirlərin ən qabarıq təcəssümüdür. İlham Əliyev Heydər Əliyevin başladığı, lakin çatdıra bilmədiyi işi – Qarabağın azad edilməsini uğurla başa çatdırdı, Azərbaycana qürur, iftixar mənbəyi bəxş etdi. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin qüdrət və əzəmətinə tarixi möhür vurdu. 2020-ci il noyabr ayının 8-də Şuşanın azad olunması münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” fikirləri Heydər Əliyevin arzularının ən böyük təntənəsi idi.

Prezident İlham Əliyev uzaqgörən siyasəti, xalqına, dövlətinə olan sədaqəti ilə Azərbaycanı dünyada güc mərkəzinə çevirdi, beynəlxalq gücləri onun iradəsi ilə hesablaşmağa vadar etdi. Bu gün Azərbaycan xalqı öz Prezidentinin ətrafında bir yumruq kimi birləşərək yeni hədəflərə doğru inamla addımlayır. Azərbaycan lideri haqlı olaraq xalqımızın və bütün dünyadakı soydaşlarımızın böyük məhəbbətini, hörmətini qazanıb. Çünki onun hər bir qərarının, hər bir addımının arxasında Vətənə xidmət istəyi durur.

Ümummilli Lider Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyev dünya arenasında yüksək nüfuz qazanmış güclü, qüdrətli dövlət qurub. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ardıcıl olaraq həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də informasiya məkanında möhtəşəm qələbələr qazanır. Bu gün ölkəmiz öz tarixinin ən şanlı dövrlərindən birini yaşayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan və Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin tam bərpası ilə ədalətin və beynəlxalq hüququn təntənəsinə çevrilən Böyük Qələbənin salnaməsi tarixə qızıl hərflərlə yazılıb. İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi ölkəmizdə və regionda yeni reallıqlarla müşayiət olunmaqdadır. Daim xalqına arxalanan, xalqdan güc alan Prezident İlham Əliyevə milyonların sevgisi şəksizdir. Bunu ölkədə xalq-Prezident birliyinin sarsılmazlığı, keçirilən seçkilərdə xalqın inamı və etimadı təsdiqləyir. Xalqımız bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara, zəfərlərə imza atacaq. Bu zəfərlər bütün uğurların zirvəsi olmaqla yanaşı, Ümummilli Liderin cənab İlham Əliyevə etimadının və inamının doğrulduğunun təsdiqidir.

Dünya siyasətində öz sözünü deməyi bacaran Prezidentinin olması xalqımızın böyük nailiyyəti və xoşbəxtliyidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti özünün bütün problemlərini həll etməklə daha böyük inkişaf yolu keçəcək, Ulu Öndər Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcək. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Biz gələcəyə çox böyük ümidlərlə, böyük nikbinliklə baxırıq. Bu gün Azərbaycan güclü, inkişafda olan, müstəqil siyasət aparan dövlət kimi gələcəyə də çox böyük nikbinliklə baxır. Belə gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar vardır. Növbəti illərlə bağlı bizim siyasətimiz açıqdır, aydındır. Mən dəfələrlə müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi ilə bağlı öz fikirlərimi xalqla bölüşmüşəm. Görülən işlər haqqında xalqa daim hesabat verirəm. Bu gün də bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir. Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcəkdir”.

Şəhla ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 İyun 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see264

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see166

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see146

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Azərbaycanda süni mayalanma niyə bahadır?

21 Sentyabr 2025 09:45see142

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see141

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see133

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see120

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see118

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see118

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see117

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see117

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see116

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see116

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri