Icma.az
close
up
RU
Yeni hökumət işə başladı: 36 nəfərlik kabinet üzvləri Kralın hüzurunda and içdi

Yeni hökumət işə başladı: 36 nəfərlik kabinet üzvləri Kralın hüzurunda and içdi

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tailandda yeni hökumət vəzifəsinə başlayıb. 


Sherg.az xəbər verir ki, keçirilən mərasimdə yeni hökumət Kral Vajiralonqkorn və Kraliça Suthidanın hüzuruna çıxıb.

Paytaxt Banqkokdakı Dusit Sarayında keçirilən mərasimdə Baş nazir və eyni zamanda daxili işlər naziri kimi fəaliyyət göstərəcək Anutin Çarnvirakul və onunla birlikdə 36 nəfərdən ibarət kabinet üzvləri Kral Vajiralonqkorn və Kraliça Suthidanın hüzurunda and içərək vəzifələrinə başlayıblar.


Tailand ənənələrinə uyğun olaraq keçirilən mərasimdə bütün kabinet üzvləri Kral və Kraliça qarşısında hörmət əlaməti olaraq səcdəyə əyiliblər.

Mərasimdə çıxış edən Kral Vajiralonqkorn Baş nazir Çarnvirakul və kabinet üzvlərinə vəzifələrində əzm və qətiyyət diləyib.

Kral ölkə və xalq üçün çalışarkən qarşılarına çıxacaq maneələri müdrikliklə aşmalarının vacibliyini vurğulayaraq:

“Baş nazir və bütün kabinet üzvlərinə güclü ruh, qətiyyət və uğur diləyirəm. Qarşıdakı çətinliklərin öhdəsindən gəlmək üçün lazım olan müdriklik, rifah və xoşbəxtlik sizinlə olsun” deyib.

Mərasimdən sonra jurnalistlərə açıqlama verən Baş nazir Anutin Çarnvirakul, Kralın çıxışından dərin təsirləndiyini və bu şərəfin onlar üçün böyük bir məsuliyyət gətirdiyini söyləyib.

Çarnvirakul kabinetin ölkə və xalq üçün bütün gücü ilə çalışacağını, Kralın tövsiyələrini rəhbər tutaraq vəzifəsini yerinə yetirəcəyini vurğulayıb. Yeni Tailand baş naziri həmçinin hökumətin prioritetlərinin iqtisadiyyat, sərhəd təhlükəsizliyi və fəlakət idarəçiliyi olduğunu; parlamentə təqdim ediləcək ilk siyasət bəyanatı ilə xalqa konkret nəticələr göstərəcəklərini bildirib.


Dusit Sarayında keçirilən mərasimdən sonra yeni kabinet Hökumət Sarayında ilk iclasını keçirib. Hökumətin, qarşıdakı günlərdə parlamentə siyasət bəyanatı təqdim etdikdən sonra rəsmi işlərə başlaması gözlənilir.

Anutin Çarnvirakul ötən ay Konstitusiya Məhkəməsinin etik pozuntu səbəbindən Baş nazir Paetongtarn Şinavatranı vəzifədən uzaqlaşdırmasının ardından 5 sentyabrda parlamentdə keçirilən səsvermədə ölkənin 32-ci baş naziri seçilmişdi.


 

Anutin Çarnvirakul Bhumjaithai Partiyasının lideri kimi uzun müddətdir Tailand siyasətində fəal rol oynayır.

O, daha əvvəl Baş nazirin müavini və Səhiyyə naziri vəzifələrində çalışıb, xüsusilə Covid-19 pandemiyası dövründəki siyasətləri ilə önə çıxmışdı.

Son seçkilərdə qurduğu koalisiya ilə hakimiyyətə gələn Anutin daxili siyasət, iqtisadiyyat, sərhəd mübahisələri və fəlakət idarəçiliyi kimi mövzularda verdiyi açıqlamalarla Tailand siyasətində önə çıxan təcrübəli bir siyasətçi kimi tanınır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri