Icma.az
close
up
RU
Yeni il kimin bayramıdır?

Yeni il kimin bayramıdır?

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elçin Bayramlı

Hər Yeni il bayramı gələndə cəmiyyətdə, mətbuatda, sosial şəbəkələrdə müzakirələr baş alıb gedir. Bəziləri iddia edir ki, bəs bu xristianlıq bayramıdır, bizə yaddır, niyə onu qeyd etməliyik filan. Digərləri belə cavab verir ki, nə olsun xristianlığın bayramıdır, il dəyişir, bütün dünyada qeyd olunur, biz də qeyd etməliyik və təbii ki, haqlıdırlar. İlin dəyişməsi bayram kimi qeyd oluna bilər və burda milli, qeyri-milli nəsə axtarmaq axmaqlıq olardı.

Lakin Qış bayramının, Şaxta babanın, Yolka (Yol ağacı) bəzəmək ənənəsinin bizim çox qədim köklərimizdən gəldiyini bilsəydilər, cavabları daha sanballı olardı deyə bu kiçik məqalədə məsələyə bir az aydınlıq gətirməyə çalışacağam.

Qış bayramı haqda qədim hind, çin, şumer, misir mədəniyyətlərində məlumatlar var. Şaxta Baba və Yolka (Yol ağacı) ilə bağlı ən qədim məlumatlar 5 min il tarixi olan Şumer mətnlərində var. Eyni dövrə aid hindlilərə məxsus müqəddəs dini-fəlsəfi biliklər toplusu olan Vedalarda da Qış bayramı haqda məlumatlar var.

Türk xalqlarında da bu bayram çox qədim zamanlardan qeyd olunub. İstedadlı qələm dostumuz, araşdırmaçı jurnalist Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Jurnalistlər Birliyinin üzvü Əliş Əvəzin bu haqda maraqlı tədqiqatı var. Araşdırmaçı qədim mənbələrə dayanaraq, yazır ki, qədim türklərin ən böyük bayramı dekabrın 25-nə düşən “Açı” (“acı”) suyu” bayramı idi. Bu gün içərisinə açı (xaç) salınmış su ilə yuyunub təmizlənmək çox vacib sayılırdı ki, bu da Ulu Tanrıya (Tanrı xana) biətin ifadəsi idi. (Qeyd etmək lazımdır ki, bərabərtərəfli xaç qədim türk, şumer, misir və hind mədəniyyətlərində əbədiyyəti simvolizə edən müqəddəs işarə idi).

Həmin gün hər kəs evə müqəddəs sayılan, Tanrının əbədilik rəmzi olan şam və ya küknar budağı gətirməli idi. Həmişəyaşıl olması səbəbilə Yolkanın dirilik, əbədilik simvolu kimi müqəddəsləşdirilməsi tarixi isə qədim türklərdə hələ Tanrıçılıq dinindən təxminən 3 min il əvvələ gedib çıxır. Bu ağacın konus formalı olmasından dolayı onu bəzəmək Tanrıya qovuşmaq istəyinin nəticəsidir. Yəni, bunun mahiyyəti Tanrıya gedən yolu bəzəməkdir, ən zirvədəki ulduz isə Yaradanı simvolizə edir.

Bu ənənələr Tanrının daha qədim adı olan Yersu ilə bağlıdır. Yolkanın evə gətirilməsi Yersunun ərməğanı hesab edilirdi. İnama görə, Tanrı Yersunun igamətgahı yerin təkində və mərkəzində yerləşib. Burada, Dünya Ağacının rəmzi olan nəhəng, müqəddəs yolka (şam) ağacı bitib. Bu ağacın altında onun hamisi sayılan, əyninə uzun xalat geymiş ağ saqqallı bir qoca əyləşib. Bu, Ülgən (Ölgən) Babadır.

Ülgən Baba çox xeyirxah qocadır, ildə bir dəfə qış vaxtı yerin üstünə çıxıb adamlara qonaq gəlir, böyük torbasında uşaqlara hədiyyələr və Yolka gətirir. Uşaqlar və böyüklər həmin yolkanın ətrafında dövrə vuraraq səhərə qədər nəğmə oxuyub şənlənirlər. Yolka o dərəcədə müqəddəs sayılırdı ki, hətta tanrıçılıq dövründə ölən adamların qəbirlərini şam budaqcıqları ilə döşəyirdilər. İndi də bizim qəbiristanlıqlar şam ağacları ilə doludur.

Şam sözünün qədim dilimizdə Tanrının adlarından biri olması da çox şeydən xəbər verir. Azərbaycanda Şamaxı, Şə(a)mkir, Şamlıq kimi toponimlərin də Tanrının şərəfinə verildiyi aydın olur. Şaman sözünün etimologiyasının kökündə də bu dayanır.

Yazımızdan aydın olduğu kimi, xristianlıqdan azı 3 min əvvələ aid olan bu bayram İsa peyğəmbərin doğuluşu və ya təqvim ilinin başlaması ilə bağlı deyil, konkret olaraq qədim mifoloji dini görüşlərimizə dayanır.

Miladi Yeni ilini, Qış bayramını Şaxta (Ülgən) Baba və Yolka (Şam) atributları ilə əksər müsəlman xalqlardan fərqli olaraq müsəlman, xristian, buddist inanclı bütün türkdilli xalqların da geniş qeyd etməsi böyük tarixi təbəddülatlar yaşamış qədim sivilizasiyasının gen yaddaşından qaynaqlanır.

Bəzi dinçilər bəşəriyyətin ən qədim bayramı olan Novruz bayramının da əleyhinə çıxırlar. Halbuki, bu zəngin bayram onu qeyd edən xalqın qədim və yüksək mədəniyyətini göstərən əsas faktlardandır.

Unudulmuş bayramlarımızdan biri olan Xvarna yeni eradan bir neçə min əvvəldən Qafqazdan Çinədək ərazilərdə yaşayan xalqlar tərəfindən keçirilərmiş. Qədim insanlar Odun vasitəsilə Yaradana bu nemətlərdən qansız qurbanlar verərək torpaqdan əldə etdikləri nemətlərə görə Ona minnətdarlığını ifadə edərlərmiş. İndiki təqvimlə bu bərəkət və bolluq bayramı oktyabrın 8-ə düşür. Təəssüf ki, belə qədim və gözəl bayramınızı bərpa etmirik.

Zəngin və qədim mədəniyyət elementi olan bayramlar cəmiyyətə böyük planda müsbət enerji verən mərasimlərdir. Alimlərin və psixoloqların rəyinə görə, kütləvi şənliklər və bayramlar cəmiyyətə xeyli pozitiv enerji yükləyir və xeyli müddət bunun təsiri insanların psixologiyasında, davranışında özünü əks etdirir.

Xülasə sözüm ondadır ki, qədimlərdə bizim olan, sonradan başqalarına təhvil verib imtina etdiyimiz mədəniyyət elementlərini onlardan geri almaq əvəzinə öz kökümüzdən çıxarıb yenidən sahiblənmək lazımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri