Icma.az
close
up
RU
Yeni ildə niyə hinduşka yeyilir? Ekspertdən CAVAB

Yeni ildə niyə hinduşka yeyilir? Ekspertdən CAVAB

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Yeni ildə hind quşu (hinduşka) yemək, bir çox mədəniyyətlərdə həm ənənəvi, həm də simvolik bir təcrübədir. Bu, xüsusən Amerika Birləşmiş Ştatları və digər Qərb ölkələrində daha çox yayılıb, ancaq azərbaycanlıların da bayram süfrəsində hinduşkaya rast gəlmək mümkündür.

Bəs Yeni ildə nə üçün hinduşka yeyilir?

Mövzu ilə əlaqədar Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Redaktor.az-a danışdı.

O bildirdi ki, faydalı xüsusiyyətlərinə görə hinduşka zülal mənşəli qida məhsuludur, tərkibi vitamin və minerallarla da zəngindir:

"Eyni zamanda zülal tərkibli olduğuna, həmçinin tərkibində doymamış yağlar olduğuna görə orqanizmə çox faydalıdır, tez həzm olunur və xüsusən az yağlı olmasına görə digər heyvan ətlərindən seçilir. Hinduşkanın tərkibində bir qrup vitaminlər var ki, bunlar mərkəzi sinir sisteminin formalaşmasında, immun sisteminin güclənməsində əsas rol oynayır. Həmçinin bu quş ətinin tərkibində dəmir, fosfor, selen kimi maddələr də var".

Mütəxəssis Avropa və Qərb ölkələrindəki hinduşka ənənəsindən də danışdı:

"Bu, digər quş ətlərindən ölçüsünə görə daha böyükdür. Bolluq, bərəkət rəmzi olaraq da bunu istifadə edirlər və adətən Qərb ölkələrində, Amerikada "Təşəkkür günü" ("Şükran günü") qeyd olunur ki, bu, adətən noyabr ayının sonuncu günlərinə təsadüf edir. Həmin gündə də hinduşka ətindən istifadə edirlər. Hind quşu tərkibinin zənginliyi ilə də immun sisteminin güclənməsində rol oyanır, eyni zamanda insanları soyuq aylarda olan xəstəliklərə yoluxmadan da qoruyur".

Məhsəti Hüseynova əlavə etdi ki, hinduşka faydalı olsun deyə istehlak olunacağı qədər bişirilməlidir, çünki zülal mənşəlidir və bişirdikdən sonra bir neçə gün saxlamaq, soyuducudan çıxarıb isitmək qidanın tərkibinin dəyişməsinə, mikroorqanizm və bakteriyaların çoxalmasına gətirib çıxara bilər.

Sevinc İBRAHİMZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri