Icma.az
close
up
RU
Buraxılış imtahanlarına iki yeni fənn əlavə ediləcək? Ekspertdən CAVAB KONKRET

Buraxılış imtahanlarına iki yeni fənn əlavə ediləcək? Ekspertdən CAVAB KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlər təhsil sistemində imtahanların təkmilləşdirilməsi və şagirdlərin biliklərinin daha geniş qiymətləndirilməsi məsələsi müzakirə olunur. Bu baxımdan IX və XI siniflərin buraxılış imtahanlarına informatika və məntiq fənlərinin də əlavə edilməsi ehtimalı maraq doğurur.

Bəs bu fənlərin imtahan proqramına daxil edilməsi nə dərəcədə realdır və şagirdləri yaxın gələcəkdə yeni imtahan gözləyirmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycan təhsil sistemi onsuz da imtahan yönümlüdür və şagirdlər kifayət qədər çoxsaylı imtahanlarla üzləşirlər. Onun sözlərinə görə, buraxılış imtahanlarına yeni fənlərin əlavə edilməsi əlavə yük yaradacaq.

Ekspert qeyd edib ki, informatika və məntiq fənlərinin imtahan proqramına daxil edilməsindən əvvəl onların ümumtəhsil məktəblərində tədrisi lazımi səviyyədə təşkil olunmalıdır:

“İnformatika tədrisi müəyyən qədər formalaşsa da, bu sahədə hələ boşluqlar mövcuddur. Məntiq isə ümumtəhsil məktəblərində demək olar ki, tam şəkildə tədris olunmur. Ona görə də ilk növbədə bu fənlərin tədris imkanları genişləndirilməli, şagirdlərin müvafiq bilikləri mənimsəməsi təmin edilməlidir. Bundan sonra onların imtahanlara daxil edilməsi məsələsinə baxmaq olar”.

M.Məmmədlinin fikrincə, məntiq və informatikanın tədrisinə daha erkən mərhələlərdən diqqət yetirilməsi vacibdir. O, hesab edir ki, bu fənlərin ali təhsil pilləsində, xüsusilə magistratura səviyyəsində əhəmiyyətinin artması onların orta məktəbdə də daha sistemli tədrisini zəruri edir.

Ekspertin sözlərinə görə, yaxın bir neçə il ərzində informatika və məntiqin buraxılış imtahanlarına daxil edilməsi mümkün görünür. Lakin hazırda bu istiqamətdə hər hansı qərar yoxdur:

“Belə bir qərar qəbul olunarsa, şagirdlərə əvvəlcədən məlumat verilməli, onların hazırlıq görməsi üçün vaxt ayrılmalıdır. Adətən imtahan proqramında dəyişiklik ediləndə bu barədə qabaqcadan elan verilir və şagirdlərə müvafiq istiqamətdə hazırlaşmaq tövsiyə olunur. Düşünürəm ki, bu il hər iki fənnin buraxılış imtahanlarına əlavə edilməsi gözlənilmir”.

Beləliklə, ekspertin qənaətinə görə, informatika və məntiqin buraxılış imtahanlarına daxil edilməsi perspektivdə mümkün olsa da, bunun üçün ilk növbədə məktəblərdə tədrisin keyfiyyəti və şagirdlərin hazırlıq imkanları artırılmalıdır.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Noyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri