Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Yeni ili harada qarşılamaq sərfəlidir? Qiymətlər açıqlandı

Yeni ili harada qarşılamaq sərfəlidir? Qiymətlər açıqlandı

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Yeni ilə  sayılı günlər qaldıqca istirahət planları da gündəmin əsas mövzularından birinə çevrilir. Hər il olduğu kimi bu il də insanlar bayram günlərini ailəvi, rahat və yaddaqalan keçirmək üçün həm ölkə daxilində, həm də ölkə xaricində müxtəlif məkanlara üz tutmağı planlaşdırırlar. Turizm sektorunda isə artıq canlanma hiss olunur — hotellər bayram paketlərini elan edir, turizm şirkətləri Yeni il üçün xüsusi təkliflər irəli sürür.

Bəs qarşıdan gələn Yeni il tətilində qiymətlər necə olacaq? İstirahət üçün ölkə daxilində qalmaq daha sərfəlidir, yoxsa xaricə üz tutmaq?

Moderator.az-a danışan turizm ekspert Rəhman Quliyev deyib ki, artıq bir neçə həftədir turizm sektorunda ciddi canlanma var. Onun sözlərinə görə,  dekabrın son günləri və yanvarın ilk həftəsi üçün hotellərdə doluluq səviyyəsi artır:

“Ənənəvi olaraq Yeni il dövrü yüksək mövsüm hesab olunur və bu da qiymətlərə təsirsiz ötüşmür. Ümumilikdə qiymətlərdə artım müşahidə olunur. Bunun əsas səbəbləri xərclərin artması, tələbatın yüksək olması və bayram proqramlarının təşkilidir. Xüsusilə regionlardakı məşhur hotellərdə Yeni il paketləri adi günlərlə müqayisədə daha bahadır. Buna baxmayaraq, fərqli büdcələr üçün alternativlər də mövcuddur. Bu, əsasən insanların büdcəsindən və gözləntilərindən asılıdır. Ölkə daxilində istirahət edənlər nəqliyyat xərclərinə qənaət edə bilirlər və bu, ümumi büdcəni nisbətən aşağı salır. Xaricə səyahət isə adətən daha baha başa gəlir, çünki aviabilet, viza və valyuta xərcləri əlavə olunur. Lakin erkən rezervasiya və paket turlarla xaricdə də sərfəli seçimlər tapmaq mümkündür. Ölkə daxilində Şamaxı, Qəbələ, Quba və Naftalan istiqamətləri ən çox seçilən yerlər sırasındadır. Xaricdə isə ənənəvi olaraq İstanbul, Dubay və Avropa şəhərlərinə maraq yüksəkdir. İnsanlar həm bayram ab-havası, həm də fərqli təcrübə axtarışındadırlar”.

Turizm ekspert Cəfər Qarayev bildirib ki, artıq qış mövsümünə qədəm qoymuşuq və qış turizm mövsümü başlayır. Onun sözlərinə görə, Azərbaycandakı xizək mərkəzləri artıq hazırlıq prosesinə start verib:

“Dekabrın 25-dən etibarən qış turizm fəaliyyəti başlayacaq, qış idman növləri üzrə xidmətlər aktiv olacaq. Hazırda Azərbaycanda üç əsas qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlar Qusar rayonundakı Şahdağ Qış Turizm Kompleksi, Qəbələ rayonundakı Tufandağ Qış–Yay Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasındakı Ağbulaq turizm kompleksidir.

Qış mövsümünün başlaması ilə yanaşı, ilin sonu, yeni ilin gəlişi, eləcə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və digər bayramlar turizmə olan tələbatı artırır. Bu dövrdə həm ölkə daxilində istirahət etmək istəyən yerli vətəndaşların, həm də xaricə səfər edənlərin sayı artır. Eyni zamanda, yeni ili Azərbaycanda qarşılamaq istəyən xarici turistlərin də ölkəmizə axını müşahidə olunur. Yəni hər iki istiqamətdə turizm dinamikasında artım var.Tələbatın artması bazarda qiymətlərin formalaşmasına birbaşa təsir edir. Bakı şəhərində hotellərin qiymətlərində ciddi artım müşahidə olunmur. Dekabrın 10-da olan qiymətlərlə dekabrın 31-i və yanvarın əvvəllərindəki qiymətlər arasında ciddi fərq yoxdur, yalnız cüzi artım var.Lakin bölgələrə gəldikdə vəziyyət fərqlidir. Regionlarda hotellərin və mehmanxana tipli obyektlərin sayı, eləcə də yataq yerləri məhduddur. Tələbatın yüksək olması səbəbindən qiymətlər bəzi hallarda iki, hətta üç-dörd, bəzən isə beş dəfə artıb. Bu da sahibkarların mövcud fürsətdən maksimum gəlir əldə etmək istəyi ilə bağlıdır. Çünki otaqların saxlanma xərcləri il boyu demək olar ki, eynidir. Bayram və tətil dövrlərində isə qiymətlər artırılır və əlavə olaraq müxtəlif şou proqramlar təşkil olunur ki, turistlərin istirahəti daha cəlbedici və dolğun olsun”.

Ekspert qeyd edib ki,qış mövsümündə ən çox tələbat dağ və dağətəyi rayonlara yönəlir:

“Qarın yağdığı, xizək və digər qış idman növlərinin mümkün olduğu ərazilər xüsusi maraq doğurur. Bu baxımdan Qusar və Qəbələ rayonlarındakı qış turizm mərkəzləri ilk növbədə dolur və ən prioritet istiqamətlər hesab olunur. Daha sonra isə bu mərkəzlərə yaxın olan ətraf rayonlarda yerləşən otellərə tələbat artır.

Hazırda şimal və şimal-qərb zonasında yerləşən hotellərin əksəriyyətində yerlər ya tam dolub, ya da çox məhdud sayda otaq qalıb. Eyni vəziyyət qərb və cənub zonalarında da müşahidə olunur. Son illərdə isə ölkə daxilində ən populyar turizm istiqamətlərindən biri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələridir. Bu ərazilərə də ciddi maraq var və oradakı hotellər bayram və tətil günlərinə xüsusi hazırlıq görür, müxtəlif əyləncə və istirahət proqramları tərtib edirlər.Ümumilikdə demək olar ki, Yeni il və qış mövsümü dövründə ölkənin demək olar bütün bölgələrində turist axını gözlənilir. Paytaxt Bakı da bu baxımdan istisna deyil. Bakıya həm xarici turistlərin gəlişi planlaşdırılır, həm də hotellərdə rezervasiyalar artıq başlayıb. Şəhərdə təşkil olunan Yeni il şənlikləri, atəşfəşanlıq proqramları, eləcə də müxtəlif ərazilərdə qurulan yarmarkalar paytaxtın bayram ab-havasını daha da gücləndirir. Şəhərin bəzədilməsi və keçirilən tədbirlər xarici turistlərin Azərbaycana marağını artırır. Turistlər bu görüntüləri sosial şəbəkələrdə paylaşır, dostları ilə bölüşür və bu da növbəti illərdə ölkəmizin turizm potensialına müsbət təsir göstərəcək”.

O vurğulayıb ki, aparılan kiçik araşdırma nəticəsində qiymətlərin artıq formalaşdığı və birbaşa tələbatın səviyyəsinə uyğun dəyişdiyi müşahidə olunur:

“Bölgələrdə yerləşən beşulduzlu mehmanxanalarda 31 dekabr – 1 yanvar gecəsi üçün qiymətlər bir gecəlik, iki nəfərlik otaq üzrə səhər yeməyi və qala-dinner (bayram axşam yeməyi) daxil olmaqla 700 manatdan 1600 manatadək dəyişir. Dördulduzlu hotellərdə isə qiymətlər daha aşağı və nisbətən əlçatandır.  Qiymətlərin formalaşmasında əsas amil tələbatdır. Tətil günlərinin müddətinə görə də qiymətlər fərqlənir. Məsələn, 30 dekabr gecəsi üçün tətbiq olunan tariflər daha münasib olduğu halda, ən yüksək qiymət 31 dekabrı 1 yanvara bağlayan gecəyə aiddir. Sonrakı günlərdə isə qiymətlər nisbətən aşağı olur.Xarici istiqamətlər üzrə isə üç, dörd və beş gecəlik tur paketlər mövcuddur. Birbaşa aviareyslərin həyata keçirildiyi ölkələr daha prioritet hesab olunur. Turistlərin seçimləri isə əsasən zövqlərinə görə dəyişir: bəziləri qarlı, xizək imkanları olan ölkələri və bölgələri üstün tutur, digərləri isə qış mövsümündə daha mülayim iqlimi olan isti ölkələrə səyahət etməyə üstünlük verir. Demək olar ki, bütün istiqamətlər üzrə tur paketləri mövcuddur və bu paketləri turizm şirkətlərindən əldə etmək mümkündür. Xarici tur paketlərinin qiymətləri də ümumilikdə əlçatandır və ciddi bahalaşma müşahidə olunmur. Eyni zamanda, xaricdən Azərbaycana gəlmək istəyən turistlər üçün də tur paketlərinin qiymətləri münasibdir. Bu, əsasən Bakıda hotellərin qiymətlərinin ciddi artmaması ilə bağlıdır. Lakin qiymətlərə təsir edən əsas məqamlardan biri aviaşirkətlərin təyyarə biletlərinin bahalaşmasıdır. Tələb artdığı üçün hava yolları tarifləri müəyyən qədər yüksəldib.

Bazarda ən çox satılan tur paketləri sırasında Qətər (Doha), Birləşmiş Ərəb Əmirlikləri, Misir, eləcə də Gürcüstan və Rusiya yer alır. Bundan başqa, Yeni il şənliklərinin daha aktiv keçirildiyi bəzi Avropa ölkələrinə də maraq yüksəkdir və bu istiqamətlər üzrə tələbat digərləri ilə müqayisədə daha çoxdur”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see531

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see256

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see251

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see251

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see234

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see233

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see228

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see228

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see226

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see211

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see208

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see203

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see183

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see177

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see177

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see176

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see157

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri