Icma.az
close
up
RU
Yeni Kaledoniya rəsmisi: Bakı Təşəbbüs Qrupu Fransanın kolonial siyasətini ifşa edir

Yeni Kaledoniya rəsmisi: Bakı Təşəbbüs Qrupu Fransanın kolonial siyasətini ifşa edir

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Dekolonizasiyanı uğurla başa çatdırmış xalqların dəstəyi bizim üçün dəyərlidir. Bakı Təşəbbüs Qrupu Fransanın kolonial siyasətini ifşa etməklə beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə ciddi töhfə verir".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun ev sahibliyi ilə baş tutan "Dekolonizasiya: Səssiz İnqilab" adlı beynəlxalq konfransda çıxış edən Yeni Kaledoniya parlamentinin Ailə və qadın məsələləri komissiyasının sədr müavini Mari-Lin Sakilia deyib.

Tarixi kontekstdən danışan nümayəndə 1988-ci il Martino-Odino sülh sazişini xatırladaraq, Yeni Kaledoniya xalqının Fransa ilə münasibətlərində intellektual, iqtisadi və idarəetmə mexanizmlərini qorumağa çalışdığını vurğulayıb.

İqtisadi vəziyyətdən danışan nümayəndə bildirib ki, Fransanın siyasəti burada kütləvi miqrasiyaya səbəb olur.

1998-ci il Lumia sazişinə də toxunan nümayəndə qeyd edib ki, artıq bu tarixi dəyərlərin yenidən tanınması və həyata keçirilməsi vaxtıdır.

Əmək bazarındakı problemlərə diqqət çəkən nümayəndə söyləyib ki, yerli tələbatı ödəməyən və ya işləməyə fiziki qadir olmayan şəxslərin əvəzinə yerli maraqlara zidd olaraq, Avropadan xarici şəbəkələr vasitəsilə işçi qüvvəsi cəlb olunur. Bu isə yerli resurs çatışmazlığı fonunda məlumat axınının və idarəetmənin qeyri-kafi olduğunu göstərir: "Xalqımızın özünüidarəetmə qabiliyyətini bərpa etməsi üçün bu çətinliklər aydın şəkildə müəyyənləşdirilməlidir. Bu, keçmişinə sahib çıxaraq gələcəyini daha sağlam şəkildə qurmaq istəyən cəmiyyətin yoludur", - deyə nümayəndə əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Aprel 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri