Icma.az
close
up
RU
Yeni Kaledoniya müstəqillik referendumuna hazırlaşır Fransanın təzyiqləri artacaq

Yeni Kaledoniya müstəqillik referendumuna hazırlaşır Fransanın təzyiqləri artacaq

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Kaledoniya Fransa əsarətindən qurtulmaq üçün gərgin fəaliyyət göstərməkdədir. Emmanuel Makron hökuməti repressiv addımlarla yerli kanak xalqının müstəqillik hərəkatını boğmağa çalışsa da, səyləri nəticəsiz qalır. Artıq arxipelaq müstəqillik üçün referendum keçirmək barədə qərar qəbul edib. Burada ən az 10 il yaşayan vətəndaşlar səs verə biləcəklər.

Qeyd olunur ki, arxipelaq ərazisində 270 seçki məntəqəsi fəaliyyət göstərəcək. Ümumilikdə, Fransanın bu müstəmləkəsinin 300 min sakinindən 174 mini müstəqillik barədə öz fikrini bildirə biləcək.

Bir məsələ də var ki, yerli sakinlər Fransanın adaların maliyyələşdirilməsini dayandıracağından narahatlıq keçirirlər. Fransa Prezidenti Emmanuel Makron sözdə qeyd edib ki, Yeni Kaledoniyanın taleyi arxipelaq sakinlərinin öz əlindədir.

Dəfələrlə baş qaldıran müstəqillik hərəkatı qan içində boğulub, insanlar həbsə atılıblar, bölgədə Fransa hərbi kontingentinin sayı artırılıb. İndiki məqamda Fransa üçün adada sabitliyin qalması çox vacibdir. Çünki müstəqillik haqqında referendum digər müstəmləkə ərazilərinə də keçə bilər.

Makron hökuməti hazırda ölkə daxilində və xaricində ciddi problemlər yaşayır. Məlumat üçün bildirək ki, Yeni Kaledoniyada yerli əhali olan kanaklar və gəlmə Fransa vətəndaşları birlikdə yaşayırlar. Ada xüsusi inzibati ərazi vahidi olduğu üçün kanakların bir sıra üstünlükləri var. Makron hökuməti isə müstəqillik və sair ilə bağlı keçiriləcək referendumların nəticəsini dəyişmək üçün Fransadan gələnləri də yerli əhali kimi təqdim edir. Onlar da öz növbəsində Kaledoniyanın Fransanın tərkibində qalmasına səs verirlər. Bu mübarizə artıq uzun illərdir ki, davam edir.

Yeni Kaledoniya sakinlərinin 40 faizini kanaklar təşkil edirlər. Adada, təxminən, 40 mindən çox fransız yaşayır. 1998-ci il "Numea müqaviləsi"nə əsasən, Fransa bölgəyə daha çox siyasi muxtariyyət verməyə, əyalət və parlament seçkilərində səsverməni "yalnız ovaxtkı sakinlərlə" məhdudlaşdırmağa razılaşıb. Məsələ ondadır ki, artıq ada əhalisi əvvəlki qaydada yaşamaq istəmir, Fransa isə buna qarşı çıxır.

Yeni Kaledoniyada müstəqillik üçün dörd dəfə referendum keçirilib, boykotdan öncəki səsvermədə kiçik fərqlə (53.26%) Fransanın tərkibində qalmaq istəyənlər qalib gəliblər. Buna baxmayaraq, müstəqillik istəyənlərin sayı getdikcə artır.

Müstəqillik hərəkatının məhz Makron hakimiyyəti dövründə güclənməsi təsadüfi deyil. Məhz indiki hakimiyyətin dövründə Afrikadakı müstəmləkələrdən qovulma prosesi start götürüb, Parisə qarşı hərəkat pik həddə çatıb. Şübhəsiz ki, bu prosesdə Makron və komandasının ölkələrin daxili işlərinə qarışması, keçmiş müstəmləkələrdə artan müstəqillik hərəkatını qan içində boğması da əsas rol oynayır. Azadlıq tərəfdarları olan şəxsləri həbs etmə, hətta öldürmək istəyi də buraya daxildir.

Fransada həbsdə olan Kanak Sosialist Milli Azadlıq Cəbhəsinin lideri Kristian Teyn öz tərəfdarlarına və bütün kanak xalqına son müraciətində də bildirib ki, dekolonizasiya prosesi tam başa çatdırılmalıdır:

"Tam suverenlik kanak xalqı üçün davamlı sülhün yeganə təminatıdır. Bu gün, növbəti seçkilər ərəfəsində bütün müstəqillik hərəkatını seçki hesablamaları üçün deyil, ən vacib məsələlər ətrafında birləşməyə çağırıram. Kanaka müstəqilliyi uğrunda mübarizə sona qədər aparılmalıdır. Biz xalqımız qarşısında üzərimizə götürdüyümüz öhdəliklərə görə məsuliyyət daşıyırıq".

Göründüyü kimi, Makron hökuməti bu şəxsi həbsə atsa da, mübarizə bir an olsun, dayanmır. Müxtəlif beynəlxalq tribunalarda keçirilən tədbirlərdə Fransanın kolonializm siyasətini sərt tənqid etməkdən çəkinmirlər.

Məlumat üçün bildirək ki, beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil. BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, onun tərəfindən idarə olunan bir ölkədir. Ada sakinlərinin öz müqəddəratlarını təyin etmək hüququ var. Lakin Fransa buna əməl etmir. Əsas tribunalardan biri isə Bakı Təşəbbüs Qrupudur. Fəaliyyətə başladığı dövrdən bəri təşkilat bu mövzuda bir sıra beynəlxalq tədbirlər, konfranslar keçirib. Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkə siyasətini ifşa edərək, beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə ciddi töhfə verməkdə davam edir.

Sonda isə sadəcə, onu qeyd etmək istərdik ki, beynəlxalq birlik hələ də adada baş verənlərə göz yumur. BMT və digər beynəlxalq təşkilatlar, eləcə də Sakit Okean hövzəsi ölkələrinin rəhbərləri bölgədə baş verənlərə reaksiya vermirlər. Məsələn, erməni lobbisinin təsiri altında olan "Amnesty International" və Avropa Parlamenti Fransanın Yeni Kaledoniyanın yerli xalqı - kanaklara qarşı zorakılıqlarına indiyə qədər bir dəfə də olsun, reaksiya verməyib.

"Report" İnformasiya Agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 May 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see212

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see207

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see177

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see169

Nazirin keçmiş müşavirinə yeni vəzifə verildi

12 Noyabr 2025 17:13see167

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see156

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see142

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see141

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see137

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see130

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri