Yeni KƏŞF! İflic olan şəxslər düşüncə gücü ilə danışa biləcək
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Neuralink şirkətinin üçüncü iştirakçısı – amyotrofik lateral skleroz (ALS) diaqnozu qoyulmuş bir şəxs – dünyada ilk dəfə olaraq yalnız düşüncə gücü ilə YouTube videosu montaj edib və səsləndirib.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, tamamilə iflic olan və danışmaq qabiliyyətini itirmiş Bredford Smit adlı istifadəçi, beyin motor qabığında yerləşdirilmiş çip vasitəsilə kompüteri idarə edir. Neuralink çipi Bluetooth vasitəsilə MacBook kompüterinə qoşulub və onun neyron aktivliyini izləyir.
Kursora nəzarət etmək üçün Smit düşüncə ilə dilini hərəkət etdirdiyini təsəvvür edir – bu üsul kompüter idarəsində ən effektiv "əzələ" rolunu oynayır. Bir neçə həftə ərzində o, sistemi mənimsəyərək videoları müstəqil şəkildə redaktə etməyə başlayıb.
Layihənin daha bir vacib hissəsi isə süni intellektlə çalışan səs sintezatorudur. Bu sistem Bredfordun əvvəllər yazılmış səs nümunələri əsasında işləyib və indi ona videoları təkcə montaj etməyə deyil, öz səsi ilə səsləndirməyə də imkan verir – sanki o, yenidən danışmağa başlayıb.
Bu hadisə, beyin-kompüter interfeysi (BCI) texnologiyalarının sürətlə inkişaf etdiyini və Neuralink-in artıq sadəcə bir eksperiment olmadığını göstərir. Texnologiya ağır xəstəliklərdən əziyyət çəkən insanlar üçün müstəqil həyata dönüş imkanı yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 05 May 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















