Icma.az
close
up
RU
Yeni kompüterlər bahalaşır, alıcılar “ikinci əl”ə üz tutur SƏBƏBLƏR

Yeni kompüterlər bahalaşır, alıcılar “ikinci əl”ə üz tutur SƏBƏBLƏR

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Texnologiya dünyasında, xüsusilə RAM qiymətlərinin artması və tədarük zəncirindəki sıxıntılar, kompüter alıcılarını alternativ həllər axtarmağa məcbur edir.
Əsas komponentlərin istehsalının azalması yeni cihazların qiymətini yüksəldərkən, "yenilənmiş" kompüter bazarı heç olmadığı qədər hərəkətli bir dövrə qədəm qoyub.
Avropanın böyük ölkələrinin son məlumatları göstərir ki, istehlakçılar artıq yalnız qutusu açılmamış məhsullara yox, ikinci şans verilmiş keyfiyyətli cihazlara da yönəlir.
Bazar təhlil şirkəti "Context"in hesablamalarına görə, İngiltərə, Almaniya, Fransa, İspaniya və İtaliya kimi böyük bazarlarda yenilənmiş kompüter satışları keçən ilin son rübündə 7% artıb.
Bu artımın əsas səbəbi əlbəttə ki, büdcəyə uyğun seçimlərdir.
Yenilənmiş noutbuk alanların təxminən 40%-i 200-300 avro aralığında olan münasib qiymətli modelləri seçir. Lakin bazar yalnız ən ucuz məhsullarla məhdudlaşmır; 300-400 avro aralığındakı satışların bir ildə 15%-dən 23%-ə yüksəlməsi, istifadəçilərin daha yaxşı performans üçün büdcələrini genişləndirdiyini göstərir.
 

Avropada bu dəyişiklikdə İngiltərə sürətlə önə çıxaraq bölgənin ən böyük bazarı olub. 2025-ci il ərzində satış həcmini təxminən iki dəfə artıran ada ölkəsi, uzun müddət lider olan Almaniyanı geridə qoyub.

Analitiklər bunu "ikinci əl texnologiyanın əsas axına daxil olması" kimi qiymətləndirir. Yeni cihaz bazarındakı qeyri-müəyyənlik və yüksələn qiymətlər qarşısında yenilənmiş məhsullar həm pərakəndəçilər, həm də son istifadəçilər üçün ağıllı çıxış yolu olub.
Bu marağın yeganə səbəbi iqtisadi çətinliklər deyil.
Süni intellekt əsaslı məlumat mərkəzlərinə öncəlik verən çip istehsalçılarının standart kompüter hissələrinin istehsalını geri plana atmaları, sıfır cihaz tapmağı çətinləşdirir. Digər tərəfdən, 2026-cı ilin iyulunda qüvvəyə minəcək Avropa İttifaqının "Təmir Hüququ" qanunu kimi tənzimləmələr, ehtiyat hissələrə çıxışı və təmir imkanlarını artıraraq bu bazarı daha da canlandıra bilər.
 

Ətraf mühit şüurunun artması da bu dönüşümdə kritik rol oynayır. Birləşmiş Millətlər Təşkilatının hesabatları göstərir ki, dünyadakı elektron tullantılar, geri dönüşüm sürətindən beş dəfə sürətlə artır.

Avropada isə istehlakçıların yalnız üçdə biri köhnə telefon və kompüterlərini geri dönüşüm sisteminə daxil edir. Bu, yenilənmiş cihaz təklifinin qarşısındakı ən böyük maneə olaraq qalır, amma Avropa kompüter bazarının strukturu davamlı dəyişməyə doğru açılır.
Bəs, bu tendensiya Azərbaycan bazarına necə sirayət edir?
Məsələ ilə bağlı ölkəmizdə fəaliyyət göstərən "Qutlet" mağazalar şəbəkəsinə müraciət etdik. Şəbəkədən Bizim.Media-ya bildirildi ki, son zamanlar "ikinci əl" kompüterlərə maraq artıb:
"Bunun da əsas səbəbi yeni kompüterlərin kifayət qədər baha olmasıdır. Lakin "ikinci əl" kompüterlər yenisindən ən azı 3-4 dəfə ucuzdur. Üstəlik bizim mağazalarda satılan "ikinci əl" kompüterlərə 1 il zəmanət verilir. Təbii ki, bu da müştəriləri həvəsləndirir. Ümumiyyətlə, həm Bakıda, həm digər iri şəhərlərdə son zamanlar "ikinci əl" kompüterlərin satışını həyata keçirən mağazaların sayının artması müşahidə olunur"./Bizim.Media

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Mart 2026 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri