Icma.az
close
up
RU
İkinci əl avtomobillər niyə yenidən bahalaşır? Ekspert səbəbləri açıqladı

İkinci əl avtomobillər niyə yenidən bahalaşır? Ekspert səbəbləri açıqladı

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda bir çox insanın avtomobilə hələ də investisiya aləti  kimi yanaşmasına baxmayaraq, nəqliyyat vasitəsi heç bir halda sərmayə vasitəsi hesab edilə bilməz”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib. Onun sözlərinə görə, bunun ən sadə sübutu avtomobilin alındığı andan etibarən dəyər itirməsidir:

“Məsələn, bu gün hər hansı bir salondan sıfır kilometr yürüşü olan yeni avtomobil alıb ödənişini etsək və hələ salondan çıxarmadan onu yenidən satmaq istəsək, marka və modelindən asılı olaraq dərhal bir neçə min manat ucuzuna təklif etməli oluruq ki, bu da maşına sərmayə kimi yanaşmağın kökündən yanlış olduğunu göstərir. pizza hut

Son illərdə ölkəyə gətirilən ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan vergi və gömrük güzəştləri dövründə rəsmi dilerlərlə yanaşı, alverçilər tərəfindən fərdi şəkildə ölkəyə kütləvi avtomobil idxal olundu və xüsusilə Çinin daxili bazarı üçün istehsal edilən ucuz nəqliyyat vasitələrinin daxil olması ikinci əl bazarında qiymətləri 40-45% aşağı saldı.

Lakin cari ilin yanvar ayından etibarən sözügedən güzəştlərin müddətinin başa çatması ikinci əl bazarında yenidən canlanmaya səbəb oldu və qiymətlər 25-35% civarında əvvəlki səviyyəsinə qayıtdı. Belə ki, 2022-2023-cü illərdə 10 min manata təklif edilən avtomobil ötən il 6-7 min manata qədər ucuzlaşmışdısa, bu il artıq yenidən bahalaşaraq 8-9 min manat aralığında satılır”.

E. Əliyev qeyd edib ki, təəssüf ki, Azərbaycan avtomobil bazarında qiymət tənzimlənməsində rəsmi dilerlərin heç bir rolu yoxdur:

“Çünki onlar yalnız yeni avtomobillərin satışı, servis xidməti və ehtiyat hissələrinin təminatı ilə məşğul olur, ikinci əl bazarındakı dəyişikliklərdə isə alverçi amili və onların formalaşdırdığı süni qiymət artımları ilə süni endirimlər daha üstün rol oynayır. Elə buna görə də təxminən iki il öncə real bazar dəyəri maksimum 2-3 min manat olmalı olan 1996-2000-ci il buraxılışlı köhnə Alman avtomobilləri bazarda süni şəkildə 10 min manatdan baha satılırdı.

Digər tərəfdən, ölkəmizdə avtomobilə yanaşma tərzində də ciddi imic problemi var. Avropada tək bir şəxs gündəlik işləri üçün kiçik və yığcam avtomobillərə üstünlük verdiyi halda, Bakıda tək bir nəfərin sadəcə status nümayiş etdirmək üçün böyük, yeddi nəfərlik ailə maşını idarə etdiyini görmək olar, bu isə insanların avtomobilə təyinatı və ehtiyacına uyğun deyil, sadəcə xarici görünüş və imic baxımından yanaşdıqlarını sübut edir”.

Cəlalə Cəlalqızı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyul 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri