Yeni layihəyə start verildi ”Yolunuz uğurlu olsun!” FOTOLAR
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin birgə fəaliyyət proqramına uyğun olaraq müxtəlif layihələr həyata keçirilir. Avtosfer.az xəbər verir ki, İdarənin əməkdaşları ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində növbəti görüş keçirilib. Görüşdə Bakı şəhər ümumtəhsil məktəblərində uşaqlar arasında keçiriləcək ”Yolunuz uğurlu olsun!” adlı intellektual bilik yarışının keçirilmə qaydaları müzakirə olunub. Məqsəd uşaqların yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirmək, istedadlı uşaqları aşkar etməkdən ibarətdir. Görüşdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru polis kapitanı Pərvanə Muradova, Mərkəzin inzibati işçiləri, dərnək müəllimləri və ümumtəhsil məktəblərinin nümayəndələri iştirak edib.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 31 Yanvar 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















