Icma.az
close
up
RU
ADY nin dekarbonizasiyası üzrə strateji layihəyə start verildi Fotolar

ADY nin dekarbonizasiyası üzrə strateji layihəyə start verildi Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Asiya İnkişaf Bankı (AİB) arasında tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihə təqdim olununb.

“Qafqazinfo” xəbər verir ki, AİB-nin dəstəyi ilə həyata keçiriləcək layihə Azərbaycanın milli iqlim öhdəliklərini dəstəkləmək və dayanıqlı dəmir yolu sisteminə sürətlə transformasiyanı təşviq etmək məqsədi daşıyır.

Bu istiqamətdə texniki, maliyyə, iqtisadi, ekoloji və sosial aspektlər ətraflı təhlil ediləcək. Yeni təşəbbüs ölkənin aşağıkarbonlu, müasir və rəqabətqabiliyyətli dəmir yolu sisteminə keçidini sürətləndirəcək.

ADY hazırda Qafqaz və Mərkəzi Asiyada AİB ilə hərtərəfli dekarbonizasiya proqramı həyata keçirən ilk dövlət dəmir yolu şirkətidir.

Tərəflər artıq “ADY-nin Dekarbonizasiya Siyasəti və Çərçivə Sənədi”ni hazırlayıblar. Bu gün start verilən layihə həmin strateji çərçivənin praktiki tətbiqi ilə yanaşı, dəmir yolu infrastrukturunda bərpaolunan enerji üzrə tam strukturlaşdırılmış investisiya proqramının hazırlanmasını təmin edəcək.

Asiya İnkişaf Bankı Azərbaycan Dəmir Yollarına tullantıların monitorinqi və hesabatlılığı sahəsində potensialın gücləndirməsi və qurumun dekarbonizasiya prosesini sürətləndirmək üçün mövcud olan texnologiyalar üzrə imkanların müəyyən edilməsi istiqamətində, həmçinin bərpa olunan enerji mənbələrinin araşdırılımasında texniki dəstək göstərəcək. Bank həmçinin ESG prinsipləri, dayanıqlılıq təcrübələri və uyğunluq tələbləri üzrə seminar və təlim proqramlarının hazırlanmasında, eyni zamanda, regional tvinninq proqramlarının həyata keçirilməsində yaxından iştirak edəcək. ESG prinsiplərinin tətbiqi çərçivəsində ADY-nin təşəbbüslərində gender bərabərliyinin təşviqi, inklüziv iş mühitinin formalaşdırılması, qərarların qəbul edilməsində və idarəetmədə qadınların təmsilçiliyinin artırılması da nəzərdə tutulub.

Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov layihənin “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri”ndə mühüm yer tutan dekarbonizasiya, rəqəmsallaşma, dəhliz rəqabətliliyi və təhlükəsizlik prioritetlərinin real fəaliyyətə transformasiyasında əhəmiyyətli rol oynadığını bildirib. ADY sədrinin sözlərinə görə, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində strateji tranzit mərkəzinə çevrildiyi bir vaxtda layihənin əhəmiyyəti xüsusilə böyükdür:
“Orta Dəhliz və Şimal–Cənub marşrutları üzrə yük daşımalarının artması dəmir yolu sisteminin səmərəlilik, etibarlılıq və ekoloji məsuliyyət baxımından gücləndirilməsini tələb edir – dekarbonizasiya isə məhz bu imkanları daha da artırır.”

Asiya İnkişaf Bankının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən layihə ölkənin dəmir yolu sektorunda dayanıqlı inkişafın təmin edilməsi baxımından mühüm addım hesab olunur. ADB tərəfindən ayrılmış 1,25 milyon ABŞ dolları həcmində texniki yardım dəmir yolu infrastrukturunda enerji səmərəliliyinin artırılması, elektrikləşdirmə prosesinin genişləndirilməsi və emissiyaların azaldılması istiqamətində aparılan hazırlıq işlərinə şərait yaradır. Layihə çərçivəsində dizel əsaslı hərəkət tərkibindən mərhələli şəkildə imtina edilməsi, bərpa olunan enerji mənbələrinin, xüsusilə günəş enerjisinin stansiya və xidmət sahələrinə inteqrasiyası nəzərdə tutulur.

Dekarbonizasiya təşəbbüsü ADY üçün mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%, 2050-yə qədər isə 40% azaltmaq üzrə milli hədəflərinə istiqamətində fəaliyyətini daha da gücləndirir. Ən təmiz nəqliyyat növü kimi ölkə üzrə ümumi emissiyalarda payının 0,5%-dən az olmasına baxmayaraq, ADY dekarbonizasiya təşəbbüslərini fəal şəkildə dəstəkləməyə davam edir.

Son illərdə ADY dekarbonizasiya üzrə təşəbbüslər çərçivəsində bir sıra vacib addımlar atıb. Belə ki, son bir ildə təbii qaz istehlakında 50% azalma qeydə alınıb, dəmir yolu şəbəkəsinin 63% elektrikləşdirilib, son dövrlərdə yükdaşımaların 80%-dən çoxu elektrik lokomotivlərlə həyata keçirilib. ADY-nin qabaqcıl texnoloji avadanlıqlarla təchiz olunmuş Biləcəri və Gəncə lokomotiv depolarında 650-dən çox günəş paneli quraşdırılıb və “yaşıl enerji”nin istehsalı 2023-cü illə müqayisədə 50% artıb.

Rəqəmsallaşma sahəsində əldə edilən irəliləyişlər də ADY-nin modernləşmə prosesinin ayrılmaz hissəsini təşkil edir. AİB ilə əməkdaşlıq bu istiqaməti daha da möhkəmləndirir və şirkətə yük əməliyyatları üçün tam elektron sənəd dövriyyəsinin, həmçinin stansiya rəisləri, yük agentləri və çəki nəzarətçiləri üçün rəqəmsal imza sistemlərinin tətbiqinə imkan verir.

Dekarbonizasiya üzrə layihə bərpaolunan enerjinin inteqrasiyası, enerji saxlama texnologiyaları, əməliyyat səmərəliliyi və uzunmüddətli emissiya azaldılması strategiyalarını müəyyənləşdirmək üçün texniki-iqtisadi əsaslandırma həyata keçiriləcək. Nəzərdə tutulan tədbirlər dəmir yollarının “net-zero”, yəni tam karbonsuz nəqliyyat növü kimi formalaşmasına imkan verəcək. 

Qeyd edək ki, ADY-nin AİB və digər beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı infrastrukturun modernləşdirilməsinə, dəhlizlərin inkişafına və iqlim fəaliyyətininin optimallaşdırılmasına töhfə verməklə şirkətin regional möqeyini gücləndirir.  



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri