Icma.az
close
up
RU
Yeni maliyyə arxitekturası yaradılsın! Bakıda mühüm TƏKLİF

Yeni maliyyə arxitekturası yaradılsın! Bakıda mühüm TƏKLİF

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarına ünvanlandığı müraciətində ölkələri yeni maliyyə arxitekturası həyata keçirməyə çağırıb.

Modern.az xəbər verir ki, Roma Papasının müraciətini Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin oxuyub. Pontifik müraciətində xüsusən də dünyanın Şimal və Cənub arasındakı ekoloji borcu vurğulayıb. Papa Fransiskin fikrincə, bu cür borc ətraf mühitə təsir edən ticarət balanssızlığı və bəzi ölkələrin təbii ehtiyatlardan uzun müddət qeyri-mütənasib istifadə etməsi ilə əlaqədardır.

“Hazırda onsuz da ağır iqtisadi borc yükü altında olan ölkələrin inkişafı və uyğunlaşma qabiliyyətinə daha da xələl gətirməyən həll yolları axtarılmalıdır. Buna görə də insan mərkəzli, cəsarətli, yaradıcı və bərabərlik, ədalət və həmrəylik prinsiplərinə əsaslanan yeni beynəlxalq maliyyə arxitekturasını axtarmaq vacibdir. Bütün ölkələrə, xüsusən də ən yoxsul və iqlim fəlakətlərinə ən həssas olan ölkələrə həm aşağı karbonlu, həm də yüksək bölüşdürülən inkişaf yollarına həqiqətən zəmanət verə bilən yeni beynəlxalq maliyyə arxitekturası hər kəsə öz potensialını tam şəkildə həyata keçirməyə və ləyaqətinə hörmətlə yanaşmağa imkan verir. Biz trendi tərsinə çevirəcək, həqiqətən insani və inklüziv olan bütöv inkişafın fəzilətli dairəsini davam etdirmək üçün insan və texnoloji resurslara sahibik”, - deyə Roma Papasının müraciətində qeyd olunur.

Pontifik bildirib ki, varlı dövlətlər bir çox keçmiş qərarların ağırlığını dərk edir və yoxsul ölkələrin geri qaytarılmayan borclarını bağışlayırlar. Bu, səxavətdən daha çox, ədalət məsələsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri