Icma.az
close
up
RU
Yeni mərhələyə qədəm qoyan Azərbaycan Vyetnam münasibətləri ŞƏRH

Yeni mərhələyə qədəm qoyan Azərbaycan Vyetnam münasibətləri ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimizin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələri gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir.Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcək. Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində dediyi kimi, bu səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edərək bu səfərin təkcə siyasi dialoqun yox, həm də konkret əməkdaşlıq istiqamətlərinin inkişafına xidmət edəcəyini,eyni zamanda bu səfərin nəticələri uğurlu olacağını və əldə edilmiş razılaşmaların konkret layihələrə çevriləcəyini qeyd etdi.

Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlıq, xüsusilə enerji və nəqliyyat sahəsində perspektivlidir. Prezident İlham Əliyev bu kontekstdə vurğuladı ki, bərpaolunan enerji növləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan artıq Cənubi Qafqazda yaşıl enerji sahəsində liderlik etməkdədir və bu təcrübəni Vyetnamla bölüşmək hazırdır. Həmçinin Azərbaycan–Vyetnam arasında ticarət dövriyyəsinin artırılması üçün nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq potensialı böyükdür. Xəzər və Cənub–Şərqi Asiyanı birləşdirə biləcək logistik imkanlar qarşılıqlı maraq doğurur.

Prezident Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivlərinə dair fikirlər oldu: “Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var.” Bu, Azərbaycanın yüksək texnologiyalara əsaslanan hərbi sənaye kompleksi ilə Vyetnamın bu sahəyə artan marağı arasında qarşılıqlı faydalı əməkdaşlığın mümkün olduğunu göstərir. Bu da iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşmasına xidmət edə bilər.

Azərbaycan və Vyetnam xalqları arasında mədəni və təhsil mübadilələrinin gücləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılmaqdadır. Sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlıların ölkələrinin elitasında təmsil olunması bu sahədəki əməkdaşlığın gələcək üçün nə qədər perspektivli olduğunu sübut edir. Heydər Əliyev Fondunun Vyetnamın Ha Giang əyalətində inşa etdiyi ibtidai məktəb bu sahədəki fəaliyyətin bariz nümunəsidir.

Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.Hələ sovet dövründə Azərbaycanda minlərlə vyetnamlı gənc ali təhsil alıb. Onlar aldıqları təhsil ilə öz ölkələrinin inkişafına töhfə veriblər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşüb. 2015-ci ildə isə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması iki ölkə münasibətlərinin tarixində yeni dövrün başlanğıcı oldu. Baş katibin əminliklə söylədiyi kimi, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq. Birgə Bəyanatda partiya, dövlət, parlament kimi bütün səviyyələrdə əlaqələri və təmasları, hökumətlərarası komissiya vasitəsilə iqtisadi əməkdaşlığı fəallaşdırmaq kimi mühüm məqamlar öz əksini tapıb. Bundan başqa, birgə bəyanatda müdafiə, təhlükəsizlik, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə, habelə mədəniyyət, idman və turizm, təhsil, sahələrində münasibətlərimizi inkişaf etdirmək nəzərdə tutulub ki, bu da əməkdaşlığı genişləndirmək üçün çox böyük imkanlar açır.Azərbaycan və Vyetnam öarasında formalaşan strateji dostluq münasibətləri mövcud olan əməkdaşlığın uzunmüddətli perspektivini əks etdirir. İki ölkə liderinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələrin yeni mərhələyə keçməsini deməyə imkan verir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 May 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see136

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see135

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see131

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see127

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see127

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see124

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see124

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

“Bayrağımız müstəqilliyimizin, qürurumuzun və varlığımızın simvoludur” SORĞU

10 Noyabr 2025 14:34see120

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri